Bizi sosial şəbəkələrdən izləyin:
Livandan açılan atəş nəticəsində İsrailin şimalında 10 nəfər yaralanıb.
Bu barədə "Ynet" portalı xəbər yayıb.
Məlumata görə, Kinneret gölünün sahilində yerləşən Tiberiya şəhərində bir nəfər qəlpələrdən ağır yaralanıb. O, xəstəxanaya yerləşdirilib.
Bundan əlavə, ölkənin şimalındakı ən böyük şəhər olan Hayfanın atəşə tutulması nəticəsində bir neçə nəfər yaralanıb. Daha əvvəl “Maqen David adom” (Davidin Qırmızı qalxanı -red) təcili yardım xidməti orada xəsarət alanlardan birinin başından qəlpə yarası alan 13 yaşlı yeniyetmənin olduğunu və vəziyyətinin orta ağır olduğunu bildirib. Digər yaralı isə partlayış dalğası nəticəsində pəncərənin sınması nəticəsində başından xəsarət alan 22 yaşlı gəncdir. Onların hər ikisi xəstəxanaya yerləşdirilib.
“Ynet” qeyd edib ki, 73 yaşlı kişi də orta-ağır, daha üç nəfər yüngül xəsarət alıb, iki nəfər sığınacaqlara qaçarkən xəsarət alıb, daha bir nəfərin isə şok vəziyyətində tibbi yardıma ehtiyacı var.