İsrail Livanı vurdu: 23 ölü, 93 yaralı
Dünya
1608
06 Oct 2024 | 16:35

İsrail Livanı vurdu: 23 ölü, 93 yaralı

İsrailin dünən Livana endirdiyi zərbələr nəticəsində azı 23 nəfər ölüb, 93 nəfər yaralanıb.
 
 
Bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.
 
Məlumata görə, İsrail aviasiyasının hədəfi cənubi Livanın kənd və şəhərləri, Bekaa əyalətinin şərqi, Balbek-Hermel, Maunt-Livan əyalətləri və ölkənin şimalı olub.
 
Nazirlik Beyrutun cənub rayonlarına endirilən zərbələr nəticəsində ölənlərin sayını məlumata daxil etməyib.
Link kopyalandı!
Son xəbərlər