1620
06 Oct 2024 | 13:15

"Bayden Putinin nüvə silahını tətbiq edə biləcəyindən əndişələnir" -  Uesli Klark

"Ukraynanın NATO-ya daxil olması məsələsini qısa müddətdə həll etmək lazımdır..."
 
ABŞ prezidenti Co Bayden Putin barəsində əlində nüvə silahı olan "çox ağıllı və amansız rəhbər" kimi düşünür.
 
Moderator.az xəbər verir ki, bu barədə NATO-nun Avropada Birləşmiş Silahli Qüvvələrinin sabiq komandanı Uesli Klark "gordonua.com" internet-nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində bəyan edib.
 
O, qeyd edib ki, ABŞ Rusiyanın qeyri-legitim prezidenti Vladimir Putinin nüvə silahından istifadə etməməsi üçün ona o qədər də çox meydan oxumaq istəmir. 
 
Qordon Alyansın Putindən çəkinib-çəkinmədiyi barədə sabiq komandana sual ünvanlayıb.
 
"NATO müxtəlif ölkələrin birliyidir. ABŞ NATO-da əsas liderdir. Amerika prezidentinin dəfələrlə Putinlə söhbətləri olub, onun əlində nüvə silahı olan çox ağıllı və amansız rəhbər olduğunu düşünür. Ona görə də Putinin nüvə silahından istifadə etməməsi üçün ona o qədər də çox meydan oxumaq istəmir", - Klark cavab verib.
 
O, xatırladıb ki,1945-ci ildən bəri, ABŞ-ın iki nüvə hücumundan sonra 80 il ərzində heç bir ölkə nüvə silahını tətbiq etməyib.
 
"Ukraynanın NATO-ya daxil olması məsələsi qısa müddətdə həll edilməlidir..." 
 
Klark həmçinin Qordonun Ukraynanın NATO-ya gərək olması və onun Şimali Atlantika İttifaqının üzvü olacağı barədə sualını da cavablandırıb.
 
"NATO sammitində Ukraynanın NATO-ya daxil olmasının qaçılmaz olduğu bəyan edilib. Belə sadə ifadələrin müəyyən effekti olsa da, onların hüquqi qüvvəsi yoxdur. Ona görə də hesab edirəm ki, Ukraynanın NATO-ya daxil olması vəzifəsini beyinlərə yeritmək və bunu qısa zamanda etmək lazımdır", - Klark cavabında deyib.
 
"Kamala Harris ABŞ-ın Ukraynaya qətiyyətlə dəstək göstərilməsi siyasətini davam etdirəcək..."
 
Klark hesab edir ki, noyabr ayında ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə Kamala Harris Vaşinqton tərəfindən Ukraynaya qətiyyətli dəstək göstərilməsi siyasətini davam etdirəcək.
 
ABŞ prezidentliyinə namizədlərdən Ukrayna üçün hansının daha yaxşı olduğu barədə suala cavabında Klark deyib:
 
"Seçkilərin nəticələrini proqnozlaşdırmaq hələ çox tezdir. Lakin Tramp açıq şəkildə anladıb ki, o, Ukraynadan dərhal danışıqlara getməyi tələb edəcək. Başqa sözlə desək, o, Rusiyanın istəyinə dəstək verəcək. Bu, təkcə Ukrayna üçün deyil, Qərbin gələcək sabitliyi və Çinin Sakit okean regionunda çəkindirilməsi üçün çox pis nəticə olacaq, - Klark deyib. - Əgər vitse-prezident Kamala Harris prezident olarsa, o, Ukraynanı qətiyyətlə dəstəkləyəcək".
 
ABŞ prezidentinin kim olacağı barədə suala cavabında isə Klark deyib: "Proqnoz vermək, xüsusilə gələcək barədə öncəgörənlik etmək çox təhlükəli məşğuliyyətdir".
Link kopyalandı!
Son xəbərlər