Bu ölkədə yüzə yaxın sakin təhlükəli infeksiyaya YOLUXDU - Ölənlər var
Dünya
1629
05 Oct 2024 | 20:33

Bu ölkədə yüzə yaxın sakin təhlükəli infeksiyaya YOLUXDU - Ölənlər var

Honq-Konqda yüzə yaxın insan B qrupu streptokoklarının yaratdığı infeksiyaya yoluxub.
 
Publika.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Xüsusi İnzibati Bölgəsinin Səhiyyə Departamentinin sağlamlıq mühafizəsi mərkəzi məlumat yayıb.
 
Bildirilib ki, Honq-Konq sakinləri ST283 ştammına yoluxublar. Epidemioloji tədqiqatlar 75 nəfərin simptomlar görünməzdən əvvəl çiy şirin su balıqları ilə qidalanıblar.
 
Xəstəxanaya yerləşdirilən 91 xəstədən 43-nün vəziyyəti stabil, daha 4 nəfərin vəziyyəti isə ağırdır.
 
Qeyd edilib ki, həkimlər 4 nəfəri xilas edə bilməyiblər. Xəstələrin 40%-i artıq tibb müəssisələrindən evə buraxılıb.
Link kopyalandı!
Son xəbərlər