İran İsrailə hücuma hazırlaşır? -  Ağ Ev nümayəndəsi
Dünya
1583
01 Oct 2024 | 18:50

İran İsrailə hücuma hazırlaşır? -  Ağ Ev nümayəndəsi

"Belə hücum baş verərsə, İsrail onun öhdəsindən gəlməyə hazırdır..."
 
ABŞ İranın İsrailə qısa müddətdə ballistik raket buraxmağa hazırlaşdığına dair məlumatlara malikdir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Ağ Ev nümayəndəsinə istinadən məlumat yayıb.
 
Yüksək vəzifəli məmur qeyd edib ki, ABŞ yəhudi dövlətinin müdafiəsi üçün müdafiə tədbirləri görür və İranın İsrailə hərbi hücumunun İslam Respublikası üçün ciddi nəticələr verəcəyi ilə bağlı xəbərdarlıq edib.
 
Bununla əlaqədar olaraq ABŞ ordusunun Mərkəzi Komandanlığı məlumat verib ki, üç döyüş təyyarəsi eskadrilyası Yaxın Şərq regionuna göndərilib, onlardan biri artıq oraya yetişib.
 
İsrail Müdafiə Ordusu öz növbəsində qeyd edib ki, İranın mümkün hücumu barədə məlumat əldə edib, lakin əgər belə bir şey olarsa, onun öhdəsindən gəlməyə hazırdır.
 
Bu xəbərdarlıq İsrail qüvvələri Livanın cənubuna daxil olduqdan və bunun İran tərəfindən dəstəklənən "Hizbullah"a qarşı kampaniyanın eskalasiyasına gətirib çıxardıqdan sonra üzə çıxıb.
 
İsrail ordusunun məlumatına görə, qoşunlar gecə yarıdan bir qədər öncə Beyrutun cənub ətrafına aviasiya zərbələri ilə eyni vaxtda "hədəflərə yerüstü reydlərə başlayıb". Sonradan ordu "intensiv döyüşlərin" getdiyi barədə məlumat verib.
 
Buna cavab olaraq "Hizbullah" İsraili yaylım raket atəşinə məruz qoyub, milyonlarla israilli sığınacaqlarda gizlənib, İsrail Müdafiə Qüvvələri məlumat verib.
 
Xatırladaq ki, İsrail iddia edir ki, Livanda uzunmüddətli işğal olmayacaq.
Link kopyalandı!
Son xəbərlər