Bu qış Ukraynada mobil rabitə işıqların kəsilməsi səbəbindən gündə cəmi 4-6 saat işləyə bilər.
Valyuta.az xəbər verir ki, bunu yerli jurnalistlərə müsahibəsində Ukrayna Rəqəmsal İnkişaf Nazirliyinin mobil internetin inkişafı istiqamətinin rəhbəri Stanislav Pribitko bildirib.
Ukrayna hökuməti əvvəllər mobil operatorları 2025-ci ilə qədər 10 saat enerji təchizatı olmadan rabitə təmin etməyə məcbur etmək barədə qərar qəbul etmişdi, lakin Pribitkonun dediyi kimi, qışa qədər heç bir operatorun bu tələbləri 100% yerinə yetirməyə vaxtı olmayacaq.
Mobil operatorlar bunu onunla izah edirlər ki, uzun fasilələr zamanı təkrarlayıcı qüllələr və kabel marşrutlaşdırıcılarındakı akkumulyatorlar enerji doldurmağa vaxt tapmayacaq, səfərbərliklə əlaqədar hazırlıq işləri üçün kifayət qədər heyət yoxdur.
Qeyd edək ki, bir gün əvvəl BMT-nin Ukraynadakı İnsan Haqları Monitorinq Missiyası qışda elektrik enerjisinin kəsilməsinin gündə 18 saata qədər davam edə biləcəyi barədə hesabat dərc edib.