Rusiya hakerlərinin Ermənistan Baş naziri Aparatının məlumat bazasına hücumu yoxlanılır
Dünya
1801
18 Sep 2024 | 23:04

Rusiya hakerlərinin Ermənistan Baş naziri Aparatının məlumat bazasına hücumu yoxlanılır

Rusiya hakerlərinin Ermənistan Baş naziri Aparatının məlumat bazasına hücumu barədə məlumatlar yoxlanılır.
 
Bu barədə Ermənistan hökumətinin başçısı Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Armen Xaçatryan bildirib.
 
"Hazırda bunun təsdiqi yoxdur", - Xaçatryan deyib. Xatırladaq ki, Rusiyanın haker qruplarından biri FTP ötürmə sistemi vasitəsilə Ermənistan Baş nazirinin Aparatının məlumat bazasına daxil ola bildiyini bildirib. "Bizim əlimizdə məlumatlar bazası var", - hakerlərdən biri deyib. Hakerlər Ermənistan hökumətinin yaxın 2,5 saat ərzində onlara 48 milyon dollar köçürməyəcəyi təqdirdə məlumatların silinəcəyi barədə təhdid ediblər.
Link kopyalandı!
Son xəbərlər