Bizi sosial şəbəkələrdən izləyin:
Diyarbəkirdə vəhşicəsinə qətlə yetirilən 8 yaşlı Narin Güranın istintaqında dindirilməsi davam edən 22 şübhəlinin şəxsiyyəti müəyyənləşib.
Şübhəlilərin əksəriyyətinin ailə üzvləri olduğu məlum olub.
Bütün Türkiyə Diyarbəkirdə qətlə yetirilən 8 yaşlı Narindən danışır. Bağlar rayonunun Tavantəpə kəndində 19 gündür itkin düşən Narin Güranın cansız cəsədi axtarışların 19-cu günü tapılıb. Bu vəhşilikdən sonra hərtərəfli istintaq başladılıb.
Narin dəfn edildikdən sonra bir çox istiqamətdə istintaq davam edərkən 22 şübhəli ədliyyəyə sövq edilib. Haqqında prokurorluq araşdırmasına başlanılan 22 nəfərin təfərrüatlı dindirilməsi davam edir.
Şübhəlilər BİR-BİRİNİ GÖRMƏYƏCƏKLƏR
4 məhkəmə zalı təşkil edilib. Şübhəlilər orada, bir-birindən uzaqda ifadə verəcəklər. Onların ifadələri ayrıca alınacaq.
İstintaq çərçivəsində 24 şübhəli nəzarətə alındı. Narinin cəsədini dərə yatağında basdırdığını etiraf edən Nevzat Bəxtiyar da şübhəlilər arasındadır. Dindirildikdən sonra məhkəməyə çıxarılan Nevzat Bəxtiyar həbs edilib.