Dünyanın ilk trilyoneri peyda ola bilər
1766
08 Sep 2024 | 17:18

Dünyanın ilk trilyoneri peyda ola bilər

İlon Mask 2027-ci ilə qədər dünyanın ilk trilyonçusu olmağa yaxındır.
 
Bu barədə dünyanın ən zəngin insanlarının sərvətini izləyən "Informa Connect" akademiyası məlumat yayıb.
 
Məlumata əsasən, elektrik avtomobil istehsalçısı "Tesla", özəl raket şirkəti "SpaceX" və sosial media platforması "X" ilə bağlı əldə edilən nəticələrə görə, Maskın sərvəti illik orta hesabla 110% artıb.
 
Bu həftənin cümə günü İlon Mask "Bloomberg" Milyarderlər İndeksinə əsasən, 251 milyard dollar xalis sərvətlə dünyanın ən varlı adamı olub. Akademiyanın təhlilinə görə, Hindistan biznes konqlomeratının qurucusu Qautam Adani trilyonçu statusu qazanan ikinci şəxs olacaq. Adaninin sərvətinin illik artım tempi 123%-də qalarsa, o, 2028-ci ildə trilyonçuya çevriləcək.
 
"Nvidia" texnologiya şirkətinin baş icraçı direktoru Jensen Huang, indoneziyalı enerji və mədən maqnatı Prajogo Pangestu da 2028-ci ildə trilyonçu ola bilərlər. "Louis Vuitton"un rəhbəri, təxminən 200 milyard dollar sərvəti ilə dünyanın üçüncü ən varlı adamı olan Bernar Arno və "Meta" şirkətinin baş direktoru Mark Zukerberq 2030-cu ildə sərvətlərini trilyon dollara qədər çatdıra biləcəklər.(musavat.com)
Link kopyalandı!
Son xəbərlər