Rusiyanın Voronej şəhərində “Enikmaş-V” maşınqayırma zavodunda baş verən güclü yanğın nəticəsində ölən və yaralananların sayı artıb.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Yanğının 500 kvadratmetr sahədə söndürülməsinə nail olunub.
12:04
Rusiyanın Voronej şəhərində “Enikmaş-V” maşınqayırma zavodunda güclü yanğın baş verib.
İlkin məlumatlara görə, yanğının sahəsi 3 000 kvadratmetr təşkil edir.
Yanğının nədən baş verdiyi hələlik məlum deyil.
Hadisə zamanı bir nəfər yaralanıb. 70 yaşlı mühasibin yanğın nəticəsində saçlarının yandığı bildirilir.
Mənbə: “Baza” “Telegram”