Dünya
2317
21 Apr 2024 | 14:42

"Ukrayna və İsrailə hərbi yardımın təsdiq edilməsi Amerika liderliyinin nümayişidir" - Bayden

"Bu gün Ukraynanın Rusiya tərəfindən fasiləsiz bombardmanlara məruz qaldığı, İsrailin isə İran tərəfindən misli görünməyən hücumlarla üzləşdiyi fövqəladə təxirəsalınmaz məqamdır..."
 
ABŞ prezidenti Ukrayna və İsrailə yardım barədə qanun layihələrinin qəbuluna münasibət bildirib
 
ABŞ prezidenti Co Bayden Konqresin Nümayəndələr Palatası tərəfindən Ukrayna və İsrailə hərbi yardım haqqında qanun layihələrinin qəbul edilməsini bəyənib.
 
Moderator.az xəbər verir ki, bu barədə "nv.ua" nəşri yazıb.
 
Bayden Konqresin yuxarı palatası olan Senata imkan daxilində bu sənədi Ağ Evə imzalamaq üçün göndərməyə çağırış edib.
 
O, hər iki partiya nümayəndələrini və şəxsən Nümayəndələr Palatasının spikeri Mayk Conconu "bizim milli təhlükəsizliklə bağlı maraqlarımızın irəliyə aparılması və dünya meydanında Amerika liderliyinin gücü barədə dəqiq siqnal üçün" tərifləyib.
 
Bu zaman Bayden xatırladıb ki, o, bu sənədlərin təcili qəbul edilməsi naminə "aylarla mübarizə aparıb".
 
ABŞ prezidenti qeyd edib ki, indi Ukraynanın Rusiya tərəfindən fasiləsiz bombardmanlara məruz qaldığı, İsrail isə İran tərəfindən misli görünməyən hücumlarla üzləşdiyi "fövqəladə təxirəsalınmaz məqamdır".
 
"Mən Senata bu yardım paketini tez bir zamanda masamın üstünə göndərməyə, mənim bu qanunu imzalamağıma, bununla da bizim Ukraynaya döyüş meydanında təcili ehtiyaclarının təmin edilməsi üçün tez bir zamanda silah və avadanlıq göndərə biləcəyimizə çağırış edirəm", - Bayden bəyan edib.
 
Nümayəndələr Palatası Ukrayna və İsrailə yardım barədə qanun layihələrini qəbul edib
 
Xəbər verildiyi kimi, dünən ABŞ Konqresinin aşağı palatasında bir sıra mühüm qanun layihələrinə səsvermə keçirilib, onların arasında Ukrayna və İsrailə hərbi yardım da nəzərdə tutulub.
 
Belə ki, Ukraynanın hərbi və büdcə ehtiyaclarına 60 milyard dollardan artıq vəsait yönəlib.
 
Bu vəsaitlər bir neçə istiqamətlər üzrə paylaşılacaq, bunlar sənayedə birbaşa silah satınalınmaları, ABŞ ordusu arsenalından verilən silahın dəyərinin Penraqona kompensasiya edilməsi, Ukraynaya birbaşa büdcə dəstəyi və s. aiddir.
 
Öz növbəsində ABŞ İsrailə hərbi yardıma 26 milyard dollar xərcləyəcək. Bu pullar İsrailin HHM sisteminin gücləndirilməsinə cə digər silahların alınmasına yönələcək.
Link kopyalandı!
Son xəbərlər