Türkiyə ötən il neft idxalını 6% azaldıb
Dünya
2676
04 Mar 2024 | 22:34

Türkiyə ötən il neft idxalını 6% azaldıb

Türkiyə 2023-cü ildə 31,4 milyon ton neft idxal edib ki, bu da 2022-ci illə müqayisədə 6,2 % azdır. Eyni zamanda, ölkəyə neft məhsullarının tədarükü əhəmiyyətli dərəcədə - 26,8 % artaraq 12,5 milyon tona çatıb.
 
Moderator.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Şurasının (EPDK) sənədlərində deyilir.
 
Türkiyəyə əsas neft tədarükçüləri (top-5) il ərzində dəyişməyib, amma indi siyahıya ötən il 10,7 milyon ton ixracı olan Rusiya başçılıq edir. Amma bu, 2022-ci ilə nisbətən 10,8% azdır.
 
2022-ci ildə Türkiyənin ən böyük neft tədarükçüsü olan İraq 2023-cü ildə bu göstəricidə ikinci olub, tədarük 21,6% azalaraq 9,8 milyon tona çatdırıb. Qazaxıstandan idxal 35,3% artaraq 5,7 milyon tona, Səudiyyə Ərəbistanından isə 14,4% artaraq 1,9 milyon tona çatıb. Nigeriya Türkiyəyə ixracını 9,2% azaldaraq 1,08 milyon ton tədarük edib.
 
2023-cü ildə Türkiyənin neft idxalının azalması neft məhsullarının alışının 25%-dən çox artması ilə bağlı ola bilər. Bu baxımdan birinci, əvvəlki ildə olduğu kimi, Rusiya olub: 2023-cü ildə idxal 2,5 dəfə artaraq 10,2 milyon tona çatıb.
 
Neft məhsullarının ikinci ən böyük tədarükçüsü İsrail olub - 604 min ton (2022-ci illə müqayisədə -40,6%), üçüncü yerdə 528 min ton ilə Yunanıstan (-16%) qərarlaşıb. İtaliyadan neft məhsullarının tədarükü 5,5 dəfə azalaraq 158 min tona düşüb.
Link kopyalandı!
Son xəbərlər