02:10
9°C
Bakı
Qəzza zolağında humanitar fasilə zamanı 50-si qadın və uşaq olmaqla, ümumilikdə 74 girov azad edilib.
Bu rəqəmləri İsrailin Baş naziri Benyamin Netanyahu da təsdiqləyib.
Netanyahu vurğulayıb ki, İsrail digər girovlar da azad olunduqdan sonra Fələstinin radikal HƏMAS hərəkatının hərbi-inzibati potensialını məhv etmək üçün Qəzza zolağında hərbi əməliyyatlara yenidən başlayacaq.
Qeyd edək ki, hazırda HƏMAS 170 israilli və xarici vətəndaşı girovluqda saxlayır.
Mənbə: TASS, ANI