10:32
9°C
Bakı
“Mən 5-6 sui-qəsd cəhdindən sağ çıxmışam”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin ona sui-qəsd təşkil etməsi iddiasından bəhs edərkən deyib.
“Birinci sui-qəsd çox maraqlı idi. Sonra COVID kimi asan oldu”, - V.Zelenski vurğulayıb.
Onun sözlərinə görə, ABŞ və Çin birlikdə Rusiyanın Ukrayna ərazisindən çıxmasına dair çağırış etməyənədək bu ölkə hücumlarını davam etdirəcək.
Ukrayna Prezidenti əlavə edib ki, HƏMAS-İsrail müharibəsi diqqəti Ukraynadan yayındırıb: “Ola bilsin, Kreml bu şəraitdən istifadə edib, Balkanlarda problem yaratmağa çalışacaq”.