23:32
9°C
Bakı
Rusiyanın Həştərxan vilayətində narkotik maddədən kütləvi zəhərlənmə baş verib.
Bu barədə Həştərxan vilayətinin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, noyabrın 17-dən noyabrın 21-dək olan müddətdə müvafiq xəstəxanaya 19 nəfər narkotik və psixotrop dərmanlardan zəhərlənmə əlamətləri ilə qəbul edilib.
Hazırda 3 saylı Şəhər Kliniki Xəstəxanasında narkotik maddədən zəhərlənən 17 xəstə müalicə alır. Müalicə alan 6 pasiyentin vəziyyəti ağır, 11 nəfərin isə vəziyyəti orta ağırdır.