20:40
9°C
Bakı
Noyabrın 20-də Fələstinin radikal HƏMAS hərəkatı oktyabrın 7-də hərbi əməliyyatlar başlayandan bəri İsrailin Təl-Əviv şəhərinə ən ağır raket zərbələri endirib.
Bu barədə ərəb telekanalları “Al Arabiya” və “Al Mayadeen” məlumat yayıb.
Qeyd olunub ki, İsrailin mərkəzində yerləşən bir neçə şəhər raket atəşinə tutulub.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS “Əl-Əqsa” daşqını əməliyyatına başladığını elan etdikdən sonra Qəzza zolağından minlərlə yaraqlının İsrailə keçməsindən sonra Yaxın Şərqdə vəziyyət gərginləşib. Buna cavab olaraq İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.