Bizi sosial şəbəkələrdən izləyin:
Almaniyanın Düsseldorf şəhərində (Şimali Reyn-Vestfaliya) Qəzza zolağında sülhü dəstəkləyən nümayişə 2 minə yaxın insan toplaşıb.
Moderator.az-ın DPA agentliyinə istinadən verdiyi məlumata görə, nümayişi "Yəhudilər və Fələstinlilər Sülh Uğrunda" təşkilatı elan edib.
Nümayiş “İsrail və Fələstin arasındakı müharibədən zərər çəkənlərin hamısı ilə həmrəylik” şüarı altında keçirilib.
Aksiyada 1 000 nəfərin iştirak edəcəyi açıqlanıb. Polisin məlumatına görə, aksiyaya bundan iki dəfə iştirakçı qoşulub. Təşkilatçılar isə öz növbəsində nümayişçilərin sayının 3 min nəfər olduğunu bildiriblər.