03:31
9°C
Bakı
Kolumbiyanın sahil mühafizəsi xidmətinin əməkdaşları ölkənin San-Andres adası sahillərində keçirdikləri əməliyyat zamanı Azərbaycan vətəndaşı olan miqrant xilas edilib.
Qeyd edilir ki, miqrantlar Azərbaycanla yanaşı, Ekvador, Venesuela və Çilidəndir. Əməliyyat zamanı 2 nəfər saxlanılıb.
San Andres adasının sahil mühafizəsinin regional komandiri Eduardo Solano Prada qanunsuz miqrantların Ekvador, Venesuela, Azərbaycan və Çili vətəndaşları olduğunu təsdiqləyib.
O, qeyd edib ki, faktla bağlı iki nəfər saxlanılıb. Prada saxlanılan şəxslərdən birinin daha əvvəl üç dəfə miqrant qaçaqmalçılığına görə yaxalandığını deyib.
Xilas edilən miqrantlar Kolumbiyanın Miqrasiya Xidmətinə təhvil veriləcək.