Ermənistanda koronavirusa yoluxma sayında kəskin artım qeydə alınıb
2964
04 Oct 2023 | 20:13

Ermənistanda koronavirusa yoluxma sayında kəskin artım qeydə alınıb

Ermənistanda koronavirusa yoluxanların sayında kəskin artım qeydə alınıb.

Bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzi məlumat yayıb.

Belə ki, son 7 gündə Ermənistanda 217 COVID-19 hadisəsi qeydə alınıb və bu, ötən həftə ilə müqayisədə 95 hal və ya 43,7% artım olduğunu göstərir.

Qeyd edilir ki, hazırda SARS-CoV-2 ştammının BA.2.86 (Pirola), EG.5 (Eris), XBB.1.5 (Kraken), Xbb.2.3 (Akruks) subvariantları dolaşmaqdadır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər