00:40
9°C
Bakı
Türkiyənin İzmir vilayətinin Bornova rayonunda İŞİD terror təşkilatına üzv olmaqda şübhəli bilinən 10 nəfər saxlanılıb.
Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib.
O qeyd edib ki, saxlanılan şəxslər terror aktları keçirməyi planlaşdırırdı. Onlardan 5-i həbs edilib, 5-i barəsində isə məhkəmə nəzarəti qərarı çıxarılıb.