Vladimir Jirinovski yenidən Rusiya siyasətinə qayıdacaq. Süni intellektin “Jirinovski siyasi alqoritmi” əsasında neyron şəbəkəsi yaradılacaq.
Bunu Dövlət Dumasında Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Leonid Slutski Jirinovskinin anım günündə deyib.
Onun sözlərinə görə, neyroşəbəkə müasir hadisələrə qiymət verəcək:
"Bu neyroşəbəkə suallara Jirinovskinin qiymətləndirmələri və cavabları kimi cavab verəcək. Cavab və qiymətləndirmələr Jirinovskinin mətnlərinin korpusu əsasında olacaq. Söhbət mahiyyətcə Jirinovskinin intellektual subyekt, Rusiyanın ictimai-siyasi həyatının iştirakçısı kimi yenidən yaradılmasından gedir", Rusiya Liberal Demorat Partiyasının lideri vurğulayıb.
Slutski “Jirinovski siyasi alqoritmi” neyron şəbəkəsi üzərində işin artıq getdiyi söyləyib.
Qeyd edək ki, tanınmış rusiyalı siyasətçi Vladimir Jirinovski ötən il aprelin 6-da 75 yaşında vəfat edib.