"New York Times"ın analitiki Klifford Krauss hesab edir ki, Aİ -nin Rusiyaya neft idxalı embarqosu rus iqtisadiyyatına deyil, qlobal iqtisadiyyata zərbə vura bilər.
Moderator.az Teleqraf.com-a istinadla xəbər verir ki, "New York Times"dakı məqalədə Rusiya Federasiyasından xammala məhdudiyyətlərin qoyulması qərarının Moskvanın gəlirlərinə təsir göstərəcəyi, amma çökdürməyəcəyi qeyd olunur.
“Qərbdə ümid edirlər ki, onların hərəkətləri Rusiya neft şirkətlərini quyularını bağlamağa məcbur edəcək, çünki ölkədə yeni alıcılar axtararkən yanacaq saxlaya biləcək çoxlu neft anbarları yoxdur. Lakin bu cəhd təhlükəlidir və uğursuz ola bilər”, - Krauss vurğulayıb.
Amerika qəzetinin köşə yazarının əlavə etdiyi kimi, neftin qiyməti artmaqda davam edərsə, onun satışından Rusiya Federasiyasının ümumi gəliri bir qədər azalacaq.
“Avropa şirkətləri elə neft axtarışında dünyanı gəzməli olacaqlar. Onlar Rusiya neftini daha asan əldə edirlər. Yeni neft axtarışları uzun çəkə bilər”, - Krauss qeyd edib.
Qeyd edə ki, fevralın 24-də Rusiya prezidenti Vladimir Putin "LXR və DXR rəhbərlərinin yardım xahişi"nə cavab olaraq Ukraynaya çüharibə elan edib.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.