Macarıstan parlamentinin sədri Laszlo Kever Ukrayna Prezidenti Volodimr Zelenskini “psixi problemləri” olan siyasətçi adlandırıb.
Moderator.az Teleqraf.com-a istinadla xəbər verir ki, o, açıqlamasında beynəlxalq siyasətdə Zelenski kimi “kiməsə qarşı səsini ucaltdığını” xatırlamadığını bildirib: "O, təkcə Budapeştə qarşı deyil, Almaniya kanslerinə qarşı da ucadan danışır: "Adətən, köməyə ehtiyacı olan şəxs bunu nəzakətlə xahiş edir. Tələb etmək, hədə-qorxu gəlmək olmaz. Burada bir növ şəxsi psixi problemin olduğu görünür.
Ukraynanın Prezident Aparatının sözçüsü Andrey Sibiqa Facebook səhifəsində Laszlo Keverə ağır zavab verib.
“Xalq həmişə müdrikdir. Macarıstan xalqı çox müdrikdir və onlar aşağı səviyyəli, hörmətsiz bir siyasətçinin qəbuledilməz, vəhşi açıqlamasına necə cavab veriləcəyini bilirlər. Eşşəyi qulaqlarından, axmaqları isə danışığından tanıyarlar. Qısa ağılın dili uzun olar. Adətən, bu cür kəskinləşmələr ilin müəyyən dövrlərində baş verir”, - deyə Sibiqa qeyd edib.
O, həmçinin qeyd edib ki, Koryukovkanın Çerniqov kəndində macar faşistlərinin minlərlə insanı necə diri-diri yandırması ilə bağlı Laszlo Keverin verdiyi qiymətə qulaq asmaq istəyərdi: "Tarix irəli gedəcək, Ukrayna qalib gələcək: Ukraynada yaşayan bütün vətəndaşlar dövlətimizlə fəxr edəcək və belə "şəxslər" tarixin zibilliyində qalacaqlar", - o əlavə edib.
Koryukovka faciəsi haqda: İkinci Dünya Müharibəsi zamanı - 1943-cü il martın 1-2-də Almaniyanın SS və Macarıstan hərbi jandarması Koryukovka kəndində (indiki Çerniqov vilayətində şəhər) 6700 sakini qətlə yetiriblər.