İki rusiyalı yüksək vəzifəli hərbçinin ölkə Prezidenti Vladimir Putin və müdafiə naziri Sergey Şoyqunu təhqir etdiyinə dair səs yazısı yayılıb.
Moderator.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Ukrayna mediası ölkənin kəşfiyyat orqanlarının birindən iki polkovnik arasında baş tutan telefon danışığını əks etdirən səs yazısını əldə edib.
Bildirilir ki, burada söhbət polkovniklər Maksim Vlasov və Vitaliy Kovtundan gedir.
Hərbçilər söhbət zamanı həm Şoyqu, həm də Putinin ünvanına təhqiramiz ifadələr işlədib.
Kovtun qeyd edib ki, rusiyalı hərbçilər döyüşməyi bacarmırlar və ümumilikdə döyüşmək istəmirlər.
Məlumata görə, Vitaliy Kovtun hərbi həkimdir və Ukraynda çox sayda qohumu var. Üstəlik onun bacısının Kiyevdə yaşadığı bildirilir. O, söhbət zamanı mülki obyektləri və dinc ukraynalıları atəşə tutmağa çağırıb.
Vlasov isə bildirib ki, Rusiya ordusunun işləri Ukraynada yaxşı getmir və ölkənin çox sayda itkilərinin olduğunu qeyd edib.
Bu məsələ həm Ukrayna, həm Rusiyada geniş müzakirələrə səbəb olub.