“Azadlıqda həbsxanadan daha çətin olacaq” - Ən nüfuzlu qanuni oğru sərbəst buraxıldı...
Dünya
Oxunub: 9084
22 Oct 2021 | 19:42
“Azadlıqda həbsxanadan daha çətin olacaq” - Ən nüfuzlu qanuni oğru sərbəst buraxıldı...

 

Cinayət aləmi onu necə qarşılayacaq?

 

Cinayət dairələrində Taro kimi tanınan və bütün postsovet məkanında ən nüfuzlu qanuni oğrularından biri olan Tariel Oniani İspaniya həbsxanasından azad edildi. O, həm Avropanın özündə, həm Rusiyada, həm də keçmiş SSRİ ölkələrində cinayət yolu ilə əldə edilmiş kapitalın yuyulması ilə məşğul olan cinayətkar qrup yaratdığına görə həbs olunmuşdu. Taronu “köhnə məktəb”in son qanun oğrusu adlandırırlar: o, həmişə oğru kodeksinə sadiq qalaraq Rusiya cinayət aləminin digər liderləri ilə düşmənçilik edirdi. Onun əsas düşmənləri - Aslan Usoyan (Ded Xasan) və Vyaçeslav İvankov (Yaponçik) sonradan killer  gülləsinin qurbanı olmuşdular. Lenta.ru əfsanəvi Taronun sərbəst buraxılmasından sonra şimal qonşumuz Rusiyanın cinayət dünyasında hansı dəyişikliklərin baş verə biləcəyini öyrənməyə çalışıb.

 

Moderator.az həmin yazını oxucularına təqdim edir.

 

Gürcüstanın Lentexi şəhərindən olan Tariel Oniani oğru titulunu hələ 1979-cu ildə qazanıb. 80-ci illərin sonunda Gürcüstanda ən nüfuzlu sayılan Kutaisi qrupu Taronun rəhbərliyi altına keçdi: qrup  50 qanuni oğrudan və 500-ə yaxın sıravi adamlardan ibarət idi. 1989-cu ildə isə Oniani Moskvanı fəth etməyə getdi.

 

Paytaxtda tez bir zamanda özünə nüfuzlu düşmən qazandı - əfsanəvi qanuni oğru Vyaçeslav İvankov (Yaponçik). Buna səbəb  Yaponçiklə digər qanuni oğru İlya Simonia (Maxo) arasındakı münaqişədə Taronun həmyerlisini dəstəkləməsi oldu. 

 

Taro bilirdi ki, Yaponçik onu düşməninə dəstəyə görə bağışlamayacaq və həbsxanadan çıxanda mütləq onunla haqq-hesab çürüdəcək. Buna görə də gürcü avtoritet hüquq-mühafizə orqanlarına belə hiss etdirmədən Rusiyanı tərk etməyə tələsdi. Taro əvvəlcə Fransada, sonra isə Belçikada məskunlaşaraq hər yerdə cinayət əlaqələrindən fəal şəkildə istifadə edirdi.

 

Məhz Taronun səyləri ilə keçmiş SSRİ-nin hər yerindən qaçaqmalçılıq yolu ilə Avropaya gətirilən araq və şərab axını artdı. Rusiyaya isəTaronun adamları xarici siqaretl və paltarlar dolu konteynerlər göndərirdi. Beləliklə, qanuni oğru tez bir zamanda böyük ölçüdə qeyri-qanuni kapital toplamağı bacardı.

 

Bu pullar onun Rusiyadakı əlaltılarının ticarət- satış məntəqələrinə nəzarət etməyinə, həmçinin hüquq-mühafizə orqanlarına və məhkəmələrə rüşvət verməyinə imkan verirdi.

 

Lakin 22 fevral 1995-ci ildə Belçika jandarmeriyasının  əməkdaşları Taronu onun ən yaxın köməkçisi Merab Canqveladze (Suxumski) ilə birlikdə Antverpendə saxladılar.

 

Tezliklə kriminal avtoritetin vəkillərinə məlum oldu ki, Taro Merab Suxumski ilə açıq əlaqə vasitəsilə Moskvaya narkotik partiyasının tədarükü məsələsini müzakirə etməklə ehtiyatsız davranıb. Hər iki qanuni oğru Belçika xüsusi xidmət orqanları tərəfindən artıq gizlin dinlənildiklərini bilmirdilər. Həmin vaxt Taro girov müqabilində həm özünü, həm də Merab Suxumskini azad etdirərək və sonradan ümumiyyətlə, onlara qarşı təqiblərin dayandırılmasına nail olmaq üçün kifayət qədər pul xərcləmişdi.

 

“O, başqa cür yaşaya bilmir”

 

Taro daha ehtiyatlı olmağa başladı - o, məxfi qalmağa daha çox diqqət yetirir və bir çox qərarlarını köməkçilərinə həvalə edirdi. Fransa və Belçika polislərinin “qapağı altından” çıxmaq üçün qanuni oğru İspaniyaya köçdü və burada Barselonanın elit rayonlarından birində gözəl villa aldı.

 

Məhz oradan o, öz cinayətkar imperiyasını idarə edir, Rusiyadakı işləri izləyir və Yaponçikin tərəfdarlarının əleyhinə gedərək yeni qanuni oğruların tacqoyma mərasimlərini təşkil edirdi. Bundan əlavə, o, İspaniyada Rusiya cinayət dünyasının hazırkı lideri Zaxari Kalaşov (Şakro Molodoy) ilə birlikdə çirkli pulların  yuyulması biznesi üçün “İspan camaşırxanasını”  işə saldı.

 

 

Qanuni oğru Zaxari Kalaşov (Şakro Molodoy)

 

Onun fəal “müştərisi” o dövrün əsas qanuni oğrusu Aslan Usoyan (Ded Xasan) idi, o, Yaponçiklə ittifaqına baxmayaraq, öz mənfəətini birinci yerə qoyur.

 

2005-ci ilə qədər Taro tipik bir Hollivud mafiya başçısı kimi yaşayır və uğurlu biznes aparırdı. Lakin sonra İspaniya polisi vertolyotların və hətta zirehli transportyorların dəstəyi ilə “Arı” adı altında keçirilən xüsusi əməliyyat çərçivəsində onun villasına soxuldu. Əməliyyatçılar Barselonada, Alikantedə və İspaniyanın bir sıra kurortlarında 50-dən çox axtarış apardılar, Taronun onlarla adamını saxladılar, lakin gözlənilmədən qanuni gürcü oğrunu gözdən qaçırdılar.

 

 

İspan polisinin əməkdaşları

 

Tanışları onu hazırlanan xüsusi əməliyyat barədə xəbərdar etmişdilər və Taro İspaniyanı tərk edə bilmişdi. Tezliklə Madrid onu cinayətkar qrup yaratmaq və çirkli pulların yuyulmasında ittiham edərək axtarışa verdi. Tezliklə məlum oldu ki, Taro Rusiya vətəndaşlığı alıb və Gürcüstana müraciət edərək onu bu ölkənin vətəndaşlıq statusundan çıxarmağı xahiş edib.

 

“Həyat tərzini dəyişə bilməyən, fərqli yaşamağı bacarmayan bu şəxs hər kəs kimi Gürcüstana qayıda bilməyəcəyini anlayaraq düzgün seçim etdi”, - deyə “Vahid Milli Hərəkat Partiyası”nın deputatı Georgi Bokeria bildirib.

 

Ağır çəkililərin döyüşü

 

Avropadan qaçmazdan bir müddət əvvəl Taro Şakro Molodoya məxsus “ispan çamaşırxanası”nın bir hissəsinə görə Ded Xasanla münaqişə yaşadı. Şakro “Arı” xüsusi əməliyyatı çərçivəsində həbs edildikdə Ded Xasan çirkli pulların yuyulması işini özünə götürmək qərarına gəldi. Amma Taro bildirdi ki, o, Şakroya “camaşırxana” yaratmağa kömək edib, bu isə o deməkdir ki, biznes indi onundur.

 

Faktiki olaraq bu, cinayət dünyası “generalları” arasında müharibənin başlanğıcı oldu: bir tərəfdə Taro, o biri təfdə isə Yaponçikin dəstəklədiyi Ded Xasan. Tərəflər bir-birini oğru anlayışlarından kənara çıxmaqda günahlandırırdilar və 2008-ci il aprelin 14-də isə Ded Xasan və Yaponçik paytaxtın “Kristal” kazinosunda yığıncaq keçirərək Taronu oğru titulundan məhrum etdilər.

 

 

Qanuni oğru Aslan Usoyan (Ded Xasan)

 

O isə bir neçə ay sonra Piroqov su anbarı ilə hərəkət edən motorlu gəminin göyərtəsində cavab toplantısı keçirərək rəqiblərini söhbət üçün ora dəvət etdi. Amma Ded Xasan və Yaponçik bunun onlar üçün yaxşı heç nə ilə bitməyəcəyini başa düşərək görüşə gəlmədilər.

 

Lakin onların əvəzinə gəmiyə Daxili İşlər Nazirliyinin Mərkəzi Federal Dairə üzrə baş idarəsinin əməkdaşları qalxdı. Bütün federal telekanallar xüsusi təyinatlıların göyərtəyə möhtəşəm enişini və sonradan gəmidən tullanan avtoritetlərin tutulmasını həvəslə nümayiş etdirdilər. Polis Taro da daxil olmaqla, toplantının 50-dən çox iştirakçısını saxladı, lakin tezliklə onların demək olar ki, hamısını sərbəst buraxdı.

 

Bununla belə, 2009-cu ildə gürcü qanuni oğru ədalət orqanlarının əlinə keçdi: o, iş adamı Conni Manaqadzeni oğurlamaqda və ondan pul tələb etməkdə ittiham olunurdu. Manaqadze kafedə işgəncələrə məruz qaldığını, ondan pul tələb olunduğunu və guya bunun Taronun göstərişi ilə edildiyini bildirdi. Nəticədə məhkəmə qanuni oğrunu “Matrosskaya tişina” istintaq təcridxanasına göndərdi.

 

Konsepsiyaya görə hökm

 

Taro tərəfdarları əmin idilər: qanuni oğrunun həbsi Ded Xasan və Yaponçikin işidi və əslində gürcünün günahına dair nəhkəmənin heç bir sübutu yox idi. Bununla bərabər Taro həbsxanaya düşdükdən qısa müddət sonra rəqiblərini dəstəkləyən dörd qanuni oğru öldürüldü.

 

2009-cu il iyulun 28-də isə killer tərəfindən Xoroşevskoye şossesindəki kafedə dincələn Yaponçikin özü güllələndi. Həm jurnalistlər, həm də hüquq-mühafizə orqanları bu sui-qəsd cəhdini Taro işi ilə əlaqələndirdilər. Bu arada qanuni oğrunun öldürülməsi kriminal aləmin standartlarına görə dəhşətli cinayət hesab olunur.

 

 

Qanuni oğru Vyaçeslav İvankov (Yaponçik)

 

Ona görə də son vaxtlar Taronu dəstəkləyən bəzi kriminal avtoritetlər ondan imtina etməyə tələsdilər və “Matrosskaya tişina” təcridxanasına gürcüdən qurtulmağı tələb edən 38 qanuni oğrunun imzası ilə “aradan götürülsün” (oğru mesajı) məktubu gəldi.

 

Əslində bu mesaj Taro üçün ölüm hökmü demək idi. Ancaq təhlükəsizlik qüvvələri məktubu vaxtında ələ keçirdi və Taronu təkadamlıq kamerada gizlətdilər. 2010-cu ilin iyulunda isə Moskvanın Xamovniçeski Məhkəməsi Taronu adam oğurluğu və hədə-qorxu yolu ilə pul tələb etdiyinə görə on il müddətinə azadlıqdan məhrum etdi. Taro son dərəcə sərt saxlanma şəraiti ilə tanınan “Qara delfin” xüsusi rejimli koloniyasına göndərildi.

 

Bundan sonra Rusiyanın cinayət dünyasının azadlıqda olan yalnız bir lideri qaldı - Ded Xasan. Ancaq 2013-cü il yanvarın 16-da onun da növbəsi çatdı: Xasan paytaxtın uzun illər özünün qərargahı sayılan Povarskaya küçəsindəki  "Köhnə fayton" restoranından çıxarkən killer tərəfindən öldürüldü.

 

Kriminial aləmin “kral”ının qətlinə kimin göstəriş verə biləcəyinə gəlincə, dərhal bir çox versiyalar ortaya çıxdı. Cinayətin mümkün sifaişçiləri arasında Taronun da adı çəkilirdi. Amma qanuni oğru özü Ded Xasanın qətlində əli olduğunu qəti şəkildə təkzib edir və hətta vəkil vasitəsilə bu barədə xüsusi açıqlama da göndərir.

 

“Rusiya vətəndaşlığından çıxarıldı”

 

Ded Xasanın ölümündən sonra Taro kriminal “generallar” üçlüyünün sağ qalan sonuncu nümayəndəsidir. “Qara delfin”də cəza çəkərkən, qanuni oğrulara yaraşan kimi, həbsxana qaydalarına əməl etməmiş, 253 qayda pozuntusu törətmiş, buna görə 8 dəfə cərimə kamerasına, 2 dəfə də cəza kamerasına göndərilmişdir.

 

Sərbəst buraxıldıqdan sonra bir çoxları Rusiya cinayət dünyasının yeni lideri rolunda Taronun yerini proqnozlaşdırdılar. Nəzərə alsaq ki, hazırkı lider Şakro Molodoy 2018-ci ilin martında rüşvətxorluğa görə on ilə yaxın həbs cəzası alıb, Taronun  həqiqətən də cinayətkar aləmin “taxt”ına cıxmaq şansı çöxdur. Onun özü isə vəkili Aleksandr Kobaidze vasitəsilə azadlığa çıxandan sonra Türkiyəyə uçmaq planlarını açıqlayırdı.

 

“Tariel Rusiyada cəzasını çəkib və onun Türkiyəyə, İstanbula gedəcəyini təsdiq edirəm. Rusiya təkcə ona deyil, ümumilikdə bütün qanuni oğrulara məhdudiyyətlər qoyub. Məndə olan məlumata görə, o, hələlik Türkiyədə yaşamağa hazırlaşır. O, Gürcüstan vətəndaşı deyil”, - deyə hüquqşünas Aleksandr Kobaidze bildirib.

 

Taronun azad edilməsini “Matrosskaya tişina”da yatarkən ona çıxartdıqları ölüm hökmünə görə qanuni oğrunun haqq-hesab çürüdə biləcəyi düşmənləri dəhşətlə gözləyirdi. Görünür, güc strukturları da başa düşürdülər ki, ciddi çəkişmələrin qarşısını almaq mümkün deyil və buna görə də tez tərpənməyə qərar verdilər.

 

2018-ci ildə daxili işlər naziri Vladimir Kolokoltsev şəxsən kriminal başçının Rusiyadan çıxarılması barədə əmr imzaladı. Altı ay sonra, 2019-cu ilin oktyabrında Taro vaxtından iki ay əvvəl sərbəst buraxıldı. Oktyabrın 23-də isə qanuni oğru ölkəni tərk etdi.

 

“Məhkumun İspaniyaya ekstradisiyasına onun Rusiya vətəndaşlığı mane olurdu. Rusiya Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsinin əməkdaşları səlahiyyətli xidmət orqanları ilə əməkdaşlıq edərək vətəndaşlığın qanun pozuntusu ilə alındığını öyrəndilər. Bundan sonra müttəhim müəyyən edilmiş qaydada Rusiya vətəndaşlığından məhrum edildi”, - deyə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirir.

 

İspaniyada Taronu keçmişdə törətdiyi cinayətlərə görə 8,5 il həbs cəzası və 50 milyon avro cərimə gözləyirdi. Lakin 2020-ci il aprelin 1-də İspaniya Milli Ədalət Məhkəməsinin hakimi Mariya Riyera kriminal avtoriteti cinayətkar qruplaşmada iştirak etdiyinə görə 4 il həbs və 36 min avro pul cəzasına məhkum etdi. Taro cəzasını dağların arasında mənzərəli bir ərazidə yerləşən “Soto- del-Real” həbsxanasında çəkməyə göndərildi.

 

 

İspaniya həbsxanası “Soto-del-Real”

 

“Hələ Taronun təzyiqini saxlayan yoxdur”

 

İspaniya həbsxanasında olarkən Taro bizneslə məşğul olmağa və təkcə Rusiyada deyil, həm də keçmiş SSRİ-nin bütün ölkələrində cinayət aləmində təsirini genişləndirməyə davam etdi. Xüsusilə onun iştirakı ilə Belarus kriminal aləminin keçmiş lideri, Ded Xasanın himayəsi altında olan Aleksandr Kuşnerovu (Saşa Kuşner) devirən qanuni oğru Pavel Alekseyeviçin (Paştet Minskiy) Belarusda yüksəlişi onunla əlaqələndirildi.

 

Oktyabrın 8-də isə İspaniyadan gözlənilməz xəbər gəldi: 63 yaşlı Taro vaxtından iki il əvvəl yerli həbsxanadan buraxılıb və naməlum istiqamətə yola düşüb. “Lenta.ru”-nun hüquq-mühafizə orqanlarındakı mənbəsinə görə, Taronun peyda olmasını Balkan ölkələrindən birində - çox güman ki, Serbiyada və ya Monteneqroda gözləmək lazımdır.

 

“Taronun ilk növbədə Yaponçikə sui-qəsd cəhdində əli olduğu iddiası ilə 2009-cu ildə ona qiyabi hökm çıxaran Ded Xasan klanının üzvlərinə qarşı aktiv addımlar atacağı gözlənilir”, - deyə “Praym Kraym” xəbərlər agentliyinin redaktoru Viktoriya Gefter bildirib.

 

Viktoriya Gefterin sözlərinə görə, vaxtilə Taronun ən yaxın əlaltısı Merab Suxumskidən belə qətiyyətli hərəkətlər gözlənilirdi. Amma o, heç vaxt liderinin müdafiəsinə qalxmadı, bu da Şakro Molodoy tərəfindən ona ünvanlanan hücumlara səbəb oldu. Şakro Tarodan fərqli olaraq, heç vaxt Merabı sevmirdi.

 

“Taro ilə müqayisə oluna biləcək üç oğru var: Merab Suxumski, Şakro Molodoy və Laşa Şuşanaşvili (Rustavski). Son ikisinin azadlıqda olmadığını nəzərə alsaq, Taro və Merabın təzyiqini saxlayacaq heç kim yoxdur. Hər ikisinə qalib gəlməyin yeganə yolu onları bir-biri ilə küsdürməkdir”, - deyə Viktoriya Gefter əlavə edib.

 

Bu gün Taro ən nüfuzlu Suxumi oğruları klanına rəhbərlik edir: əvvəllər onun üzvlərini Ded Xasan klanı ilə artıq keçmişdə qalan düşmənçilik birləşdirirdi. Bu, daxili qarşıdurma ehtimalını artırır. Üstəlik, Suxumi klanı xarici düşmənlərlə müharibəni gözləməməlidirlər.

 

 

Qanuni oğru Tariel Oniani (Taro)

 

Hüquq -mühafizə orqanlarındakı mənbə Lenta.ru-ya bildirib ki,  Yaponçikin öldürülməsindən sonra Taronun  onun ölümünə imza atanlarla köhnə haqq-hesabları həll etməsi ehtimalı azdır. Onun keçmiş düşmənlərinin çoxu Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210.1-ci (cinayət iyerarxiyasında ən yüksək vəzifə tutma) “anti-oğru” maddəsi ilə ittiham olunaraq, ya dəmir barmaqlıqlar arxasına düşüb, ya da qaçıblar.

 

“Gənc və iddialı adamlara 63 yaşında hələ də lider olduğunu sübut etmək asan deyil. Həbsxana divarlarının mühafizəsi və nəzarərçilərin diqqət mərkəzində olan Taro üçün azadlıqda həbsxanadan çətin olacaq”, - deyə hüquq -mühafizə orqanlarındakı mənbə Lenta.ru-ya bildirib.

 

Həmin mənbənin məlumatına görə, Taronun keçmiş düşmənlərindən bəziləri onunla barışmağa cəhd edə bilərlər. Gürcüstanlı avtoritetin özü isə azadlığa çıxandan sonra ilk növbədə vendettanı yox, mövqelərini möhkəmləndirməyi düşünməlidir. Və yalnız bundan sonra Taro qisas almağa davam edə bilər - əlbəttə ki, o, yenidən dəmir barmaqlıqlar arxasına düşməsə. Həqiqətən də qanundan o tərəfdə belə tərcümeyi-halı olan bir insana dünyanın hansısa ölkəsinin hökuməti çətin ki, sevinsin.

 

Tərcümə və təqdim etdi: Miraslan

 

Oxşar xəbərlər
23:37, Bu gün
Moskva Tehrana çağırış etdi
23:35, Bu gün
"Sənət bazar deyil, özünə qiymət qoyasan"
23:31, Bu gün
SEPAH komandanı: "Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib"
23:28, Bu gün
İran Prezidenti İbrahim Rəisinin qəzaya uğradığı helikopterdən gələn zənglər araşdırılır
23:24, Bu gün
"Bir milyona yaxın dinc əhali Rafahı tərk edib" - BMT-nin fələstinli qaçqınlar üzrə Agentliyi
23:13, Bu gün
Rəisinin qəzaya uğradığı helikopter hansı modeldir? - FOTO
23:09, Bu gün
Türkiyə 32 alpinisti axtarış və xilasetmə əməliyyatı üçün İrana göndərib
22:50, Bu gün
Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var - VİDEO
22:43, Bu gün
İstanbul derbisinin qalibi "Fənərbağça" oldu
22:32, Bu gün
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
22:27, Bu gün
İbrahim Rəisi və nümayəndə heyətinin helikopter qəzası xəbəri bizi kədərləndirdi - Ərdoğan
21:57, Bu gün
Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib
21:56, Bu gün
Ayətullah Xamenei İbrahim Rəisinin helikopterinin qəzaya uğramasından sonra açıqlama verib
21:47, Bu gün
Qəzaya düşən helikopterdə Rəisi ilə birgə kimlər olub?
21:34, Bu gün
İranda baş verən helikopter qəzası ilə bağlı baş verənləri üzüntü ilə izləyirik - Türkiyə XİN
21:21, Bu gün
"Mançester Siti" çempion oldu, "Arsenal"ın 20 illik həsrətinə son qoyulmadı
21:13, Bu gün
Muradın çayda boğulmasının TƏFƏRRÜATI: Batdığını görənlər qorxularından ailəsinə xəbər etməyibmiş - VİDEO
20:54, Bu gün
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
20:50, Bu gün
Rəisi bu gün İrəvana gedəcəkmiş, son anda…
20:48, Bu gün
Göyçayda qəza: Xəsarət alanlar var
20:39, Bu gün
HƏMAS-ın daha bir komandiri öldürüldü
20:24, Bu gün
"Nüvə savaşında 72 saata 5 milyard insan həlak olacaq, yalnız iki ölkə salamat çıxacaq" - "Daily Star"
20:12, Bu gün
İran vitse-prezidenti hadisə yerinə yollandı
20:08, Bu gün
Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır - XİN
20:01, Bu gün
Avropa İttifaqı Rəisinin qəzaya düşməsi ilə bağlı MƏLUMAT YAYDI
19:58, Bu gün
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19:56, Bu gün
İbrahim Rəisinin helikopterinin qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
19:26, Bu gün
Rəisi və Abdullahian təhlükədədir - İranlı rəsmi
19:20, Bu gün
Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir
19:19, Bu gün
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
19:10, Bu gün
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
19:08, Bu gün
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19:04, Bu gün
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
18:56, Bu gün
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
18:55, Bu gün
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
18:42, Bu gün
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
18:33, Bu gün
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
18:30, Bu gün
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
18:05, Bu gün
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
18:05, Bu gün
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
17:43, Bu gün
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
17:40, Bu gün
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
17:39, Bu gün
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
17:38, Bu gün
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
17:32, Bu gün
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
17:25, Bu gün
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
17:23, Bu gün
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
17:20, Bu gün
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
17:18, Bu gün
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
17:08, Bu gün
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
17:07, Bu gün
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:05, Bu gün
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
16:58, Bu gün
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
16:55, Bu gün
Latviya parlamentinin sədri Şuşadadır
16:52, Bu gün
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
GÜNLÜK
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
08:22, Bu gün
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
06:51, Bu gün
Misirdəki piramidaların sirri açıla bilər
06:49, Bu gün
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
07:30, Bu gün
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
07:44, Bu gün
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
07:57, Bu gün
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
HƏFTƏLİK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
AYLIQ
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
08:22, Bu gün
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
06:51, Bu gün
Misirdəki piramidaların sirri açıla bilər
06:49, Bu gün
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
07:30, Bu gün
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
07:44, Bu gün
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
07:57, Bu gün
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO