“ABŞ-ın Suriyaya hərbi hücum edəcəyi təqdirdə, prezident Barak Obamanın qızlarından biri qaçırılaraq təcavüz ediləcək və dünyada Amerika vətəndaşlarına qarşı hücumları təşkil ediləcək”.
Moderator.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu fikirləri iranlı analitik və ölkənin cənubundakı Kiş vilayətinin keçmiş bələdiyyə sədri Əli Rza Forqani söyləyib.
Forqani, Obamanın bu xəbərdarlıqdan nəticə çıxarma vaxtının yetişdiyini bildirib: “Suriyaya hücum etdikdən sonra sadəcə 21 saat ərzində hər bir amerikalı nazirin, Amerikanın dünyada fəaliyyət göstərən səfirlərinin, hərbi komandirlərin ailəsinin bir üzvü qaçırdılacaq və 18 saat sonra onların amputasiya edilmiş videoları yayılacaq”.
Xatırladaq ki, Barak Obamanın 14 yaşlı Malia və 12 yaşlı Saşa adlı iki qızı var.