Ermənistanın
Gömrük İttifaqına qoşulma qərarı Avropa Birliyinin Qafqaz respublikaları ilə
münasibətləri qaydaya salmaqla bağlı bütün planlarını alt-üst edib.
Moderator.az-ın "BBC"-yə istinadən verdiyi xəbərə görə, Avropa Birliyi bu
ilin noyabr ayında bir neçə keçmiş sovet respublikası ilə yeni əməkdaşlıq
yaratmaq üçün danışıqlara başlamağı planlaşdırır, amma Ermənistan çətin ki,
onların arasında olsun.
Qərb mətbuatının
yazdığına görə, Ermənistanın bu addımı Avropanın narahatlığına səbəb olub. Çünki,
Rusiyanın keçmiş sovet respublikaları üzərində nəzarəti yenidən ələ almağa
çalışır.
Böyük
Britaniya mətbuatı yazır ki, Avropa Birliyi ilə assosiasiya yaratmaq haqqında
razılaşmalar, əslində ticarətin sadələşdirilməsi üzrə ölçülərin çərçivəsindən kənara
çıxır. Çünki yeni qaydaya görə, onlar demokratik standartlara riayət etmə və
qurulmuş islahatların keçirilməsi üzrə öhdəlikləri özündə saxlayırlar, halbuki,
Gömrük İttifaqında belə qaydalar yoxdur.
"BBC"
qeyd edir ki, Rusiya və Ermənistan ümumi xristian ənənələrinə bağlı olan keçmiş
sovet partnyorlarıdır və bu dövlətlər sıx əlaqələrə malikdirlər. Ermənistan əvvəlki
kimi Azərbaycanla ərazi mübahisəsi aparır. əhalinin əksəriyyətinin müsəlman
olduğu Dağlıq Qarabağ haqqında bəzi müşahidəçilər müxtəlif fikirlər səsləndirirlər.
Onların versiyasına görə, Ermənistanın Gömrük İttifaqına daxil olması bu
münaqişənin həllinə bilavasitə təsir göstərəcək.