Moderator.az xəbər verir ki,Rusiyanın dövr başçılığı ilə keçirilən "G20" sammitində bir sıra maraqlı görüşlər olub. Vladimir Putin və Barak Obama qarşılaşmasının baş tutmamasından sonra diqqətlər hər iki prezidentin fərdi keçirəcəyi görüşlərə yönəlib. Qeyd edək ki, Rusiya dövlət başçısı Vladimir Putin "G20" liderlərinin qarşılama mərasimi çərçivəsində Konstantinovskiy Sarayının girişində Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanla danışıb. Rusiya prezidentinin baş nazir Ərdoğanla isti görüşü KİV-lər tərəfindən diqqətlə qarşılanıb. Türkiyənin hökumət rəhbəri bundan əlavə Sankt-Peterburq şəhərində ABŞ prezidenti Barak Obama ilə də görüş keçirib. Ərdoğan Strelna qəsəbəsində "Böyük İyirmilər" liderləri üçün təşkil edilən səhər yeməyindən sonra Obama ilə bir araya gəlib.