Son zamanlar Rusiyada miqrantlara qarşı
yeni qanunlar qəbul edilir. Moderator.az-ın
Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, indi qanunlar daha da
sərtləşdiriləcək. Ola bilər ki, yeni qanuna əsasən Rusiyada miqrantların
ticarətlə məşğul olması tamamilə qadağan edilsin.
Belə ki, Rusiya Duması Təhlükəsizlik və Korrupsiyaya Qarşı
Mücadilə Komitəsi tərəfindən hazırlanan yeni qanun təklifinə görə, migrantların
ticarət sektorundan tamamilə təcrid edilməsi nəzərdə tutulur.
Rusiya Sənaye və Ticarət Nazirliyinin hazırladığı başqa bir qanun layihəsində
isə böyük binaların içində yerləşməyən bütün pərakəndə satış bazarlarının
bağlanması təklif edilib.
Qeyd edək ki,
2007-ci ildə də miqrantların topdan və pərakəndə satışla məşğul olmaları
qadağan edilmişdi. Bunun nəticəsində Rusiyada qiymətlərdə ciddi artımlar qeydə
alınmışdı. İqtisadi ekspertlər də, pərakəndə bazarlarının bağlanmasının
istehlakçılara ciddi ziyan vuracağını deyirlər.