ABŞ-da qərargahlaşan şəbəkələr barədə ABŞ qərarı: Ümumdünya "E-Nizam"ımı yaradılır?
Oxunub: 1271
31 May 2020 | 00:37

ABŞ-da qərargahlaşan şəbəkələr barədə ABŞ qərarı:  Ümumdünya
Əkbər QOŞALI

Ən böyük sosial şəbəkələrin qərargahlaşdığı ölkənin – ABŞ-ın Prezidenti həmin sosial şəbəkələrlə bağlı bir sərəncama imza atmış bulunur. 
Sosial şəbəkələr deyərəkən –

“Facebook” –Yaranıb: fevral 2004, Kembric, Massaçusets, ABŞ;
“YouTube” – Yaranıb: 14 fevral 2005, San Mateo, Kaliforniya, ABŞ;
“Twitter” – Yaranıb: 21 mart 2006, San-Fransisko, Kaliforniya, ABŞ;
“Instagram” – Yaranıb: oktyabr 2010, Sahibi: “Facebook”… 

Bəli, son 16 ilin icadları olan sosial şəbəkələr artıq elə bir inkişaf (və görünür həm də, “inkişaf”!) mərhələsinə gəlib çıxdı, insanların, cəmiyyətin (və görünür, həm də, dövlətlərin!) həyatına elə daxil oldu ki… onlar haqqında yeni yanaşmalara, qərarlara ehtiyac yarandı; budur, söz-söhbətlər aləmi başına götürdü və 28 may 2020-ci ildə məhz ABŞ-da, məhz prezident səviyyəsində ciddi hüquqi münasibətlə qarşılaşdı: Prezident Donald Tramp “Onlayn senzuradan müdafiə barədə” Sərəncam imzaladı. – Nə baş verir? – Bu Sərəncamın mahiyyəti nədən ibarətdir? Diqqət edək:

-  “Facebook”, “YouTube”, “Twitter” və “Instagram”  informasiyaların təqdim edilməsinə açıq və gizli müdaxilələrlə insanların baxışlarını istədikləri istiqamətdə cəm etməyə, yönləndirməyə (formalaşdırmağa) çalışır;
- Sosial şəbəkələrin tətbiq etdikləri bir çox məhdudlaşdırıcı tədbirlər sırf siyasi motivlidir və fikir plüralizminə ziddir;
- “Onlayn” platformaların fəaliyyəti şəffaf və hesabatlı deyil, onlar fikir azadlığını qorumaq üçün universal normativ standartlara və alətlərə malik deyil;
- “Onlayn” platformaların genişlənməsi və təsirini hədsiz artırması onların fəaliyyətinin tənzimlənməsini zəruri edir; 
- Daha ümumi şəkildə desək, nəhəng sosial media şirkətləri öz maraqlarına uyğun olmayan fikirləri senzuraya məruz qoyur, bununla da “təhlükəli güc” tətbiq edir; 
- Bütün bunlar isə ABŞ qanunlarına, özəlliklə “Kommunikasiya Etikası Qanunu”nun 230-cu bəndinə uyğun gəlmir. – Ona görə də, ABŞ-ın bu sahədə toxunulmazlığının sınırları aydınlaşdırılmalıdır;

- ABŞ Prezidentinə görə, özəlliklə, “Twitter” ABŞ-a qarşı açıq şəkildə siyasi qərəz nümayiş etdirir, başqa ölkələrin “siyasi aləti” kimi çıxış edir və onların anti-ABŞ siyasətini dəstəkləyir;
-D.Trampın bu mövqeyi sosial şəbəkə yaradıcıları, çoxmilyonlu istifadəçilərin hamısı tərəfindən eyni məhəbbətlə qarşılana bilməz, əlbəttə; əlbəttə, razılaşanlar, anlayış göstərənlərlə yanaşı, tərəddüd edib, daha yeni izah və qərarlara ümid edənlər də, razı qalmayanlar, qarşı çıxanlar da olacaq. – Ancaq gəlin etiraf edək, bütün hallarda, sosial şəbəkələr (özəlliklə, yuxarıda adıkeçənlər) nəhəng təsir gücünə malikdir və sosial şəbəkələrin hüquqi tənzimlənməsinin vacibliyi bugün ABŞ-ın özündə dərindən dərk olunursa, sabah-birisgün bu planda idrak prosesi bütün ölkələri əhatə edəcək. – Necə bilirsiz, ABŞ boyda, ABŞ güc və nüfuzda ölkənin prezidenti belə bir narahtçılıqları bölüşürsə, bu narahatçılıqlar başqa – özəlliklə, inkişaf etməkdə olan ölkələrə şamil deyilmi? Bəs, müstəqillik tarixi cavan ölkələrə necə..?
-Yəqin heç təsadüfi deyil ki artıq Avropada da bir sıra dövlətlər (örnəyi, Almaniya), sosial şəbəkələrin zərərli təsirlərindən qorunmaq üçün məhdudlaşdırıcı qanunlar qəbul edib (və proses davam edir);
-Sosial şəbəkələr barədə universal normativ standartların mövcud olmaması burada “feyk” bilgilərin, mənəvi-əxlaqi normalara uyğun gəlməyən materialların, terrora, zorakılığa çağırışların, qeyri-qanuni ticarətin, digər zərərli əməllərin geniş yayılmasına, ayrı-ayrı fərdlərə, şirkətlərə, ölkələrə qarşı kampaniyalar təşkil edilməsinə, siyasi təlatümlər yaradılmasına münbit ortam yaradır;
-Elə bizim öz respublikamız özü dəfələrlə xarici anti-Azərbaycan qüvvələrinin sosial şəbəkələr, “onlayn” platformalar üzərindən qərəzli kampaniyalarına məruz qalmayıbmı? – Ölkəmizə qarşı ardıcıl terror çağırışları indi də davam etmirmi? – 
Ağzını söyüşlə açıb, qarğışla yumanların “yuvalandığı” (demək olar, yatıb-durduğu) yer olan sosial şəbəkələr… necə deyərlər, isitmir, yandırır; bir az da obrazlaşdırıb, böyütsək, “atom elektrik enerjisi” vermir, “atom bombası”na dönüşür, sanki;
-Azərbaycanın özünəxas siyasət yürüdən bir müstəqil dövlət kimi beynəlxalq arenada nüfuzunun artması anti-Azərbaycan və bərabərindəki ermənipərəst dairələri, əlbəttə, rahatsız edir, bu rahatsızlıqlar səbəbindən də, ölkəmizə qarşı qarayaxma kampaniyaları təşkil olunur;
-İnternet azadlığı heç bir vəchlə digər azadlıqları sıxışdırmamalı, gözardı (istərsəniz, qulaqardı, vicdanardı deyək…) etməməlidir, burada dəngənin təmin edilməsi (yaxud qorunması) üçün hüquq tənzimləmələri qaçılmazdır;
-Sosial şəbəkələrlə bağlı beynəlxalq səviyyədə universal normativ hüquqi aktların hazırlanması və tətbiqi ilə bağlı dartışmaların getdiyi, ayrı-ayrı ölkələrdə qanunlara əlavələrin qəbul olunduğu, yeni qanunların qəbuluna hazırlıq getdiyi bir vaxtda, belə bir ritorik sual meydana çıxır: respublikamız bu qlobal prosesdən qıraqda qala biləcəkmi? – Qalmalıdırmı? – Yoxsa, ümumdünya “e-nizam”ına öz töhfələrini verməyəmi çalışmalıdır?
Elə bilirəm, bizimçün bu planda ən önəmli məsələlər ərazi bütövlüyümüzlə, suverenliyimizlə, dövlət atributlarımızla bağlıdır. Hər kəlmələri terrorla “error” verənlərin, bayaq da vurğuladğımız kimi, ağzını söyüşlə açıb, qarğışla yumanların yaramazlığı da, separatçıların, işğalçı zehniyyətlilərin müxtəlif təxribatları da, daha nələr, nələr də, insan hüquqlarına, ümumxalq maraqlarına, Vətən və ali dövlət çıxarlarına uyğun, bəşəri çağırışlara cavab verən tərzdə “çəki-düzən”ə gətirilməlidir. Elə deyilmi?  
Oxşar xəbərlər
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
10:13, Bu gün
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
10:07, Bu gün
Baqratdan ŞOK HƏDƏ: “Baha başa gələcək...”
10:05, Bu gün
“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir”
10:02, Bu gün
Tağı Əhmədovun son halı - FOTO
09:50, Bu gün
10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO
09:48, Bu gün
Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci oyunu keçiriləcək
09:43, Bu gün
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
09:37, Bu gün
Ziyafətdən sonra necə TEZ AYILMAQ OLAR? - Sadə və təsirli üsullar
09:34, Bu gün
Qəzzada ölən İsrail hərbçilərinin sayı 630-a çatıb
09:32, Bu gün
Qaradağda ağır qəza: İki nəfər yaralanıb
09:05, Bu gün
Gəncəçayda batan yeniyetmənin meyiti tapılıb
09:04, Bu gün
Səhər saatlarında şirin sıyıq yeməyin zərərləri
08:47, Bu gün
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
08:46, Bu gün
İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək
08:44, Bu gün
Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb
08:35, Bu gün
Alimlər Günəş fırtınalarının insanlar üçün təhlükəli nəticələrini açıqlayıblar
08:29, Bu gün
Xalq şairi Rəsul Rzanın doğum günüdür
08:26, Bu gün
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
08:24, Bu gün
Əfqanıstanda sel həyatı iflic etdi: Kütləvi ölüm, viran qalan şəhər - VİDEO
08:22, Bu gün
Rusiyada 40-dan çox bağ evi və yardımçı tikililər yanıb
08:22, Bu gün
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
07:57, Bu gün
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
07:44, Bu gün
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
07:30, Bu gün
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
07:15, Bu gün
“iPhone 16” istehsala hazırlaşır
06:51, Bu gün
Misirdəki piramidaların sirri açıla bilər
06:49, Bu gün
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 21:49
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
18 May 2024 | 21:44
Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 21:07
Faiq Ələkbərlinin milli fəlsəfi fikir tarixinə aid yeni əsəri nəşr olunub
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 20:40
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:12
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
18 May 2024 | 19:08
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 18:02
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
GÜNLÜK
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 14:17
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 13:10
Azay Quliyev Lissabonda beynəlxalq tədbirdə iştirak edəcək
18 May 2024 | 12:56
Bazar gününün HAVASI AÇIQLANDI
18 May 2024 | 13:07
Bakıda işlədiyi evlərdən oğurluq edən usta saxlanıldı - FOTO/VİDEO
18 May 2024 | 13:04
Audiovizual Şura, MEDİA və AZƏRTAC-ın rəhbərləri Mərakeşdə işgüzar səfərdədir - FOTO
18 May 2024 | 13:26
Prezident Cəbrayılın Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoydu - FOTO
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 14:17
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
AYLIQ
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 14:17
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 13:10
Azay Quliyev Lissabonda beynəlxalq tədbirdə iştirak edəcək
18 May 2024 | 12:56
Bazar gününün HAVASI AÇIQLANDI
18 May 2024 | 13:07
Bakıda işlədiyi evlərdən oğurluq edən usta saxlanıldı - FOTO/VİDEO
18 May 2024 | 13:04
Audiovizual Şura, MEDİA və AZƏRTAC-ın rəhbərləri Mərakeşdə işgüzar səfərdədir - FOTO
18 May 2024 | 13:26
Prezident Cəbrayılın Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoydu - FOTO