Azər Badamov: Qərb Ermənistanı maliyyələşdirərək öz “musiqisində oynadır
Digər
1928
05 Dec 2024 | 13:15

Azər Badamov: Qərb Ermənistanı maliyyələşdirərək öz “musiqisində oynadır"

“İki güc arasında seçim edə bilməyən Paşinyan sonda tək qalacaq”
 
Bu fiikirləri Moderator.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.
 
Millət vəkilinin sözlərinə görə,  Paşinyan Rusiyanın təsiri altından çoxdan çıxmağa çalışır:
 
 “Amma Rusiyanın dünya siyasətində nüfuzunun qalması və Birləşmiş Qərbin Ukrayna müharibəsində Rusiyaya qalib gələ bilməməsi  Paşinyanı ikibaşlı oyunlar oynamağa davam etməyinə məcbur edir. Çünki, Paşinyan Rusiya güclü qaldığı halda inamlı şəkildə Qərbə üzünü tuta bilmir.  
Bayden administrasiyası Paşinyana çox böyük dəstək göstərirdi. Amma 2025-ci ildən Tramp administrasiyası fəaliyyətə başlayacaq və onun Ermənistana münasibəti necə olacağı hələ bəlli deyil. Ona görə də Paşinyan öz nümayəndələrini ABŞ-a yollayıb və yeni formalaşan Tramp adminitrasiyası ilə əlaqələrin  yaradılmasına çalışır. Trampa Ermənistan kimi cırtdan və dilənçi bir dövlət o qədər də maraqlı olmayacaq və Paşinyan Bayden dövründə olduğu kimi ABŞ-dən dəstək ala bilməyəcəkdir.  Ermənistanın sərhədimizə ordusunu yığması və yeraltı tunellərin hazırlanması da məhz Paşinyanın çaşqınlıq içində olduğunun göstəricisidir.Təbii ki, Ermənistanın bu hərəkətləri artistlikdən başqa bir şey deyil. İki güc arasında seçim edə bilməyən Paşinyan sonda tək qalacaq”.
 
Azər Badamov qeyd edib ki, bu gün Tbilisidə baş verən hadisələr İrevanda 2018-ci ildən cərəyan edir:
 
“Qərb Ermənistanı maliyyələşdirərək öz “musiqisində oynadır". Ona görə də  Paşinyan çağqınılıq içində seçim edə bilmir.  Bu gün Rusiyanın arxasınca “daş atan” Paşinyan Ukrayna müharibəsi dayanandan sonra cəzalandırılacaqdır. Bu gün  Paşinyan KTMT-ni boykot edir və faiktiki olaraq bu təşkilatdan çıxdığını bəyan edir. Digər tərəfdən, Rusiyanın beynəlxalq imicinə xələl gətirəcək hərəkətlərə davam edir.  Rusiya bunları hamısını izləyir və Ukraynada müharibənin başa çatmasını gözləyir. Amma bir gün Paşinyan hakimiyyətindən bütün bu hərəkətlərin hesabı soruşulacaqdır”.
 
Mehin Mehmanqıız
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər