Qərbin Manipulyasiya cəhdləri və Gürcüstanın milli iradəsi
Digər
2200
29 Nov 2024 | 18:55

Qərbin Manipulyasiya cəhdləri və Gürcüstanın milli iradəsi

“Gürcüstanın siyasi rəhbərliyi, Qərbin müxtəlif institutlarının ölkəyə təzyiq və manipulyasiya etməyə çalışdığını çox yaxşı bilir. Ukrayna timsalından da bəllidir ki, Qərb Gürcüstanı Avropa İttifaqına üzv edəcək deyildir”.
 
 
Bu fikirləri Moderator.az-a siyasi şərhçi Tural İsmayılov deyib.
 
Siyasi şərhçinin sözlərinə görə, bu gün Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar, sadəcə olaraq Gürcüstana təzyiq etmək və təsir göstərmək üçün atılan addımlardır:
 
 “Bu gün seçki hüququndan, insanların səs hüququndan danışan Qərb institutları Gürcüstan xalqının seçiminə hörmət etməməyə çalışır və Gürcüstanda böyük çoxluğun səsini və seçki prosesində iştirak edərək aldığı qərarları şübhələndirməyə çalışır ki, bu qəbul edilən meyarlar deyil. Avropa parlamenti kimi siyasi dələduzluğun və riyakarlığın məkanına çevrilmiş bir qurumun Gürcüstanla təzyiq, təhdid, şantaj dilində danışması, müxtəlif Qərb institutlarının Gürcüstan siyasi rəhbərliyinə böhtanlar ataraq, ona təsir etmək üçün əllərindən gələn bütün vasitələrdən istifadə etməsi, gözlə görülən və açıq qıcığa səbəb olan məqamlardır”.
 
T.İsmayılov hesab edir ki, xalq üçün Avropaya inteqrasiyanın nə qədər vacib olması məsələsi, o qədər də mübahisə mövzusu ola bilməz:
 
“Çünki Gürcüstan xalqı "Xarici agent"lər haqqında qanun layihəsini dəstəkləmək və yaxud da “Gürcü Arzusu” hakimiyyətinə səs verməklə Avropaya inteqrasiya kursundan imtina etmir. Lakin bu inteqrasiya yalnız dövlətin daxili maraqlarına uyğun şəkildə həyata keçirilməlidir. Bütövlükdə Avropaya inteqrasiya anlayışı Qərbin neoimperialist dairələrinin siyasi təzyiqlərindən başqa bir şey deyil. Xalq öz səsini “Gürcü Arzusu” partiyasına  verib və hökumətdə təmsil olunmasını alqışlayıb”.
 
Siyasi sərhçi hesab edir ki, bu gün Qərbin təhlükəli institutlarının Gürcüstan ərazisini maliyyə tranşlarının yuvasına çevirmək cəhdlərinin qarşısı alınır. Bu da bütün milli dövlətçi hökumətlərin atmalı olduğu addımlardır.
 
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər