Kişilər niyə xəyanət edir? - Beynəlxalq təlimçi şərh etdi
Digər
497
12:54, Bu gün

Kişilər niyə xəyanət edir? - Beynəlxalq təlimçi şərh etdi

“Kişi xəyanətinin çox müxtəlif və fərqli səbəbləri var. Xəyanət bəzən münasibətlərdə bir tərəfin günahı olmayan və yaxud da hər iki tərəfin də rol oynadığı kompleks bir vəziyyətdir. Xəyanətə səbəb olan amilləri başa düşmək, münasibətləri daha sağlam və güvənli bir əlaqə qurmağa kömək edə bilər”.
 
 
Bunu Moderator.az-a açıqlamasında Beynəlxalq təlimçi,  şüuraltı üzrə uzman, şəxsi inkişaf üzrə kouç İlahə Adil deyib.
 
İlahə Adil qeyd edib ki,  şəxsi münasibətlər, emosional və ya fiziki doyumsuzluq, şəxsi problemlər və ya özünə güvən, macəra və həyəcan axtarışı xəyanətin ilkin səbəbləri kimi görünsə də, bu problemin dərin travmatik və şüuraltı səbəbləri mövcuddur:
 
"Belə ki, uşaqlıqda alınan travmalar bir insanın həyatında dərindən iz buraxa bilən və onun yetkinlik dövründəki davranışlarına, o cümlədən münasibətlərindəki davranışlarına təsir edən əsas faktorlardandır. Kişilərin xəyanət etməsinə səbəb ola biləcək bəzi uşaqlıq travmalarına nəzər salsaq görərik ki,  uşaqlıqda valideynlərinə kifayət qədər məhəbbət və təqdir görməyən, duyğusal laqeydlik və çalışan kişilər özlərini yetərsiz və sevilmə hiss edə bilər. Bu boşluğu doldurmaq məqsədilə yetkinlik dövründə başqalarından təsdiq və məhəbbət axtara bilərlər. Tərk edilmə travması yaşayan kişilər isə münasibətlərdə güvənsizlik və qorxu hissləri ilə qarşılaşaraq yetkinlikdə şüuraltıda kök salmış bu qorxuları həyatlarından çıxarmaq  məqsədilə paralel münasibətlər qurmaqla xəyanət edə bilərlər”.
 
Beynəlxalq təlimçinin sözlərinə görə,  növbəti xəyanətə yol açan ən dərin travmalar siyahısına valideynlərin xəyanəti, duyğusal travmalar və zorakılıqlara aid edə bilərik:
 
“Uşaqlıqda valideynlərindən birinin və ya hər ikisinin xəyanətini müşahidə edən uşaqlar bu davranışı normal qəbul edib öz gələcəkdə davranış modellərinə öz şəxsiyyətlər bu vəziyyəti normal qeyd edirlər və bu səbəbdən onlar çox xəyanət adi bir yaşam halı kimi gələ bilər. Duyğusal travma və zorakılıqlara məruz qalan uşaqlar isə böyüdüklərini sağlam münasibətlər qurmaqda çətinlik çəkdiklərinə görə, şüuraltı da öz gücünü etmək məqsədilə xəyanət edir. Xəyanət insanın bəzən bilərəkdən, bəzən isə emosiyalara qapılaraq atdığı bir addımdır. Travmalarımızdan yaşadıqlarımızdan asılı olmayaraq hisslərimizi hərəkətlərimizi kontrolda saxlamağı bacarmalıyıq. Sonuncuda bir xəyanət bir ailənin, ən azı üç insanın həyatına çox böyük neqativ təsir göstərə bilər. Adətən də xəyanət edənin dərin depressiyası və peşmançılığı ilə nəticələnir. İnsan hissləri müxtəlif keşmekeşli və impulsivdir hər hansı bir addım ataraq hisslərimizin bir okean kimi gah dalğalı, gah sükut içində olduğunu bilməliyik. Xəyanət geri dönməz bir iz buraxan və illərlə yeri sağalmayan, dağıdıcı bir yaradır. Duyğularımızı anlayıb sağaldıb sağlam və güvənli münasibətlər yaradaq, Özümüzü sağaldıb, şəfalandırmaq xəyanət kimi dərin dağıdıcı silahla dağıtmaqdan daha rahatdır. Sağlam və güvənli münasibətlər yaşamaq arzusu ilə var olun”.
 
Mehin 
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər