COP29 daşımalarında hibrid taksilərdən istifadə olunacaq
1719
09 Nov 2024 | 12:44

COP29 daşımalarında hibrid taksilərdən istifadə olunacaq

COP29 daşımalarında hibrid taksilərdən istifadə olunacaq.
 
Moderator.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov deyib.
 
“Eektrik mühərrikli “LEVC TX5” markalı plug-in hibrid taksilər İngiltərə növü olub Çin istehsalıdır. “Avro-6” standartlarına uyğun həmin avtomobillərin enerji doldurma müddəti 30 dəqiqədir. Yalnız elektrik mühərriki ilə 130 kilometr, qoşulmuş benzin generator ilə isə 600 kilometr məsafə qət etmək imkanına malikdir. Avtomobil, həmçinin təcili əyləc, təkərlərin təziqinə nəzarət təchizatı, yol nişanlarını tanıma kimi müasir təhlükəsizlik sistemləri ilə təchiz olunub”, - deyə qurum rəsmisi bildirib.
 
Link kopyalandı!
Son xəbərlər