Azərbaycan COP29-la bağlı daha bir rekorda hazırlaşır: 45 saniyəlik sənəd yoxlanışı!
1766
01 Nov 2024 | 18:42

Azərbaycan COP29-la bağlı daha bir rekorda hazırlaşır: 45 saniyəlik sənəd yoxlanışı!

Asim Mollazadə: “Bu, həqiqətən də rekord göstəricidir və ölkəmizə gələn qonaqların məmnunluğunun təmin edilməsi baxımından önəmlidir”

 

Azərbaycan COP29-la bağlı hazırlıq işlərini yüksək səviyyədə həyata keçirməkdədir. Bütün əlaqədar dövlət qurumları bu istiqamətdə mühüm yeniliklərə imza atmaqdadır ki, bunlardan biri də Dövlət Sərhədi Xidmətidir .

 

Bu gün Dövlət Sərhəd Xidməti tərəfindən verilən açıqlamada COP29 zamanı tədbirə viza ilə gələn xarici vətəndaşların səndələrinin yoxlanılması üçün 45 saniyə, yerli vətəndaşlar üçün isə cəmi 30 saniyəlik rəsmiləşdirmə prosesinin tətbqi ediləcəyi qeyd olunub.

 

Məlumat üçün qeyd edək ki, əcnəbi vətəndaşların səndələrinin 45 saniyə ərzində yoxlanılması nəinki MDB məkanı, bütün dünya ilə müqayisədə rekord göstərici hesab edilə bilər.

 

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Asim Mollazadə ölkəmizin COP29-la bağlı hazırlıqları böyük mənada başa çatdırdığını bildirib. Millət vəkili qeyd edib ki, Dövlət Sərhəd Xidmətinin COP29-la bağlı ölkəmizə gələn əcnəbi vətəndaşların sənədlərini yoxlamaq üçün cəmi 45 saniyəlik prosedur müəyyənləşdirməsi alqışalayiqdir:

 

“Azərbaycan COP29-la bağlı hazırlıqları demək olar ki, başa çatdırıb və bu mühüm tədbirə tam hazırdır.

 

Bildiyiniz kimi, ölkəmizin çox zəngin təşkilatçılıq təcrübəsi var və hər bir tədbirdən sonra bu təcrübə daha da artır. COP29-la bağlı hazırlıq işləri isə bugünəqədərki bütün hazırlıqlardan daha yüksəkdir. Bu da təbiidir. Çünki COP29 sammitində dünyanın 200-ə yaxın dövlət və hökumət başçısının iştirakı gözlənilir ki, bu da çox böyük məsuliyyət deməkdir. Ancaq əminəm ki, Azərbaycan bu işin də öhdəsindən layiqincə gələcək və bu sammiti yüksək səviyyədə başa çatdıracaq.

 

Dövlət Sərhəd Xidmətinin COP29-la bağlı ölkəmizə səfər edən əcnəbilərin sənədlərinin yoxlanışı üçün cəmi 45 saniyəlik prosedur müəyyənləşdirməsi olduqca təqdirəlayiqdir. Bu, həqiqətən də rekord göstəricidir və ölkəmizə gələn vətəndaşların məmnunluğunun təmin edilməsi, onlarda elə ilk andan ölkəmizlə bağlı xoş təəssürat formalaşdırmaq baxımından olduqca önəmlidir.

 

Sənədlərin cəmi 45 saniyə ərzində yoxlanılması həm də dövlətimizin sərhəd xidmətinin yüksək hazırlıq səviyyəsindən, müasir texnologiyalara və peşəkarlığa malik olmasından xəbər verir. Bu, dövlətimizin gücünü göstərən bir amildir və heç şübhəsiz Dövlət Sərhəd Xidmətinin COP29-a töhfəsi kimi dəyərləndirilməlidir”.

 

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər