Braziliya Prezidenti COP29-da iştirak edəcək
1558
11 Oct 2024 | 16:16

Braziliya Prezidenti COP29-da iştirak edəcək

Braziliya Prezidenti Luis İnasiu Lula da Silva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycana gələcək.
 
Moderator.az bildirir ki, bu barədə "Report"a Braziliya Xarici İşlər Nazirliyinin iqlim, enerji və ətraf mühit üzrə katibi Andre Korrea du Laqu məlumat verib.
 
O vurğulayıb ki, COP29 konfransı qarşıdan gələn COP30-a ev sahibliyi edəcək ölkə kimi Braziliya üçün son dərəcə önəmlidir.
 
“Əlbəttə, COP29 bizim üçün son dərəcə vacibdir, çünki bu tədbirdə yeni Kollektiv Kəmiyyət Hədəfləri - NCQG vasitəsilə maliyyələşdirmə mövzusuna toxunulacaq.
 
Beləliklə, maliyyələşdirmə ilə bağlı müzakirələr irəlilədikcə biz Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC's) üzrə daha səmərəli müzakirələr apara biləcəyik. Bu, Braziliyada keçiriləcək COP30-un əsas mövzusu olacaq", - katib qeyd edib.
 
Link kopyalandı!
Son xəbərlər