Bizi sosial şəbəkələrdən izləyin:
Bakı İqlim Fəaliyyəti Həftəsi çəçivəsində "Elmi Çağırışların aradan qaldırılmasında qlobal və regional əməkdaşlığın rolu" adlı panel sessiya baş tutub.
Moderator.az xəbər verir ki, paneldə elmi qurumlar, özəl sektor, beynəlxalq təşkilatlar arasında əməkdaşlıq müzakirə edilib.
Akademiyalararası Tərəfdaşlığın nümayəndəsi Robin Fears deyib ki, ölkələrarası əməkdaşlığın əsas məqsədi həllərin tapılmasıdır: "İqlim dəyişikliyi insanların psixi və fiziki sağlamlıqlarını ciddi təsir edir. Mövcud biliklərdən istifadə etməklə problemi aradan qaldırmaq olar".
Onun sözlərinə görə, Qafqaz və Mərkəzi Asiya ölkələrində elmi tədqiqatlar azdır və səhiyyə sahəsində iqlim dəyişikliyində ən aktual mövzudur.
Kembric Universitetinin müəllimi Stephen Davidson qeyd edib ki, universitetlər yeni təcrübələr qazanmaq üçün beynəlxalq əməkdaşlığa üstünlük verməlidir.
London İmperial Kollecinin professoru Anna Korr isə əlavə edib ki, sənaye müəssisələri ilə elm akademiyası arasında əməkdaşlıq olmalıdır: "Bəzən universitetlər sadəcə sənədlər imzalayır. Sənaye müəssisələri ilə əməkdaşlıq olmadıqda problemlər davamlı olur. İqlim dəyişikliyi üzrə alimlər problemlərin həlli üçün səy göstərməlidir. Uzunmüddətli proqramlara ehtiyac var".
Bakı Dövlət Universitetinin İSESCO-nun Biotibbi materiallar kafedrasının müdiri Ülviyyə Həsənova vurğulayıb ki, vətəndaş cəmiyyəti ilə sənayenin əməkdaşlığı bu gün iqlim dəyişikliyi ilə mübarizədə hazırlanan proqramlar üçün əhəmiyyət daşıyır. O, gənclərin prosesə cəlb edilməsinin zəruriliyinə toxunub. O, həmçinin gələn ay Bakıda keçiriləcək COP29 tədbirində mavi zonada layihə irəli sürəcəklərini bildirib.
GLOBE Beynəlxalq Kuratoru Malini Mehra isə çıxışında deyib ki, iqlim dəyişikliyi sahəsində dayanıqlı elm olmalıdır.