“Cari ilin noyabrında ölkəmizdə keçiriləcək COP29 Ermənistanın ekoloji cinayətlərinin ifşası üçün əla fürsətdir”.
Bunu Moderator.az-a açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli bildirib. Hüquqşünas qeyd edib ki, əslində bu məsələ tədbirin proqramına daxil edilməlidir:
“Hesab edirəm ki, COP29 çərçivəsində ermənilərin işğal dönəmində torpaqlarımızda həyata keçirdiyi ekoloji cinayətlərin ifşası tədbirin proqramına daxil edilməli, bu istiqamətdə ciddi addımlar atılmalıdır. Biz tədbirdə nümayiş etdirmək üçün bu barədə multimedia materialları hazırlamalı, onların bir hissəsinin Qarabağa səfərini təşkil etməli, qonaqlara bu cinayətlərin izlərini göstərməliyik. Dünya Ermənistanın Azərbaycanın təbiətinin timsalında planetimizin ekologiyasına necə böyük ziyan vurduğunu görməli, onun əsl kimliyinə bələd olmalıdır”.
Seymur ƏLİYEV