Bizi sosial şəbəkələrdən izləyin:
Həbsdə olan Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı barəsində məhkəməyə müraciət edilib.
Moderator.az xəbər verir ki, bu barədə S.Qasımlı özü məlumat yayıb.
O bildirib ki, həyat yoldaşı barəsindəki cinayət işində zərərçəkmiş şəxs kimi tanınmış Qurbanəli Yusifov bu dəfə ona qarşı xüsusi ittiham qaydasında məhkəmədə iddia qaldırıb.
Q.Yusifov Azər Qasımlının həyat yoldaşının Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) əsasən cəzalandırılmasını istəyib.
Qeyd edək ki, A.Qasımlı bu il martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il həbs cəzası alıb. O, Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) ilə təqsirləndirilib. A.Qasımlının ona borcu olan Qurbanəli Yusifov adlı şəxsdən borcunu almaq üçün onun oğlunu qaçırmaq və atasını öldürməklə hədələdiyi bildirilir. /Qafqazinfo/