Biləcərinin bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət
185
11:00, Bu gün

Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan bir sıra ərazilərdə elektrik təchizatında fasilə yaranacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
 
Bildirilib ki, aprelin 17-də Biləcəri ETSİ-nin xidmət ərazisində 630 kVA gücündə transformatorun daha güclüsü (1000 kVA-lıq) ilə əvəz olunması nəzərdə tutulur. Bununla əlaqədar olaraq yenidənqurma işləri aparılacaq.
 
Təmir işlərinə görə bu gün saat 11:00-dan 15:00-dək Bakı şəhərinin Binəqədi rayonu, Biləcəri qəsəbəsinin yeni yaşayış massivi, ATV binalarının ətrafı və Baş Dövlət Yol Polisi İdarəsinin aşağı hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
 
Qeyd olunub ki, işlər yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcək.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər