Könül Vəlibəylinin qızının vəziyyəti kəskin AĞIRLAŞDI
Cəmiyyət
666
13:27, Bu gün

Könül Vəlibəylinin qızının vəziyyəti kəskin AĞIRLAŞDI

Ötən il Yasamalda baş vermiş yanğında vəfat edən Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamovanın vəziyyəti ağırdır.
 
Moderator.az bildirir ki, bu barədə Oxu.az-a Könül Vəlibəylinin anası Mayquba Hümbətova məlumat verib.
 
O bildirib ki, hazırda Ləman Qulamova Türkiyədə müalicə alır:
 
"Nəvəmin vəziyyəti ağırdır. Bu gün yenidən əməliyyat olunacaq. Türkiyədə "Acıbadem" klinikasında müalicə alır. Yanğında tüstüdən zəhərlənən ərəfədə boğazında qida borusu deşilib, nəfəs borusunda problem var. Vəziyyətində irəliləyiş yoxdur. Beş aydır ağızdan qida qəbul etmir, yataqda yatır. Artıq bir aydır Türkiyədə xəstəxanaya yerləşdirmişik".
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər