Bakı yollarında 14 istiqamətdə sıxlıq var
Cəmiyyət
197
18:05, Bu gün

Bakı yollarında 14 istiqamətdə sıxlıq var

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;

2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

5. Bakı-Sumqayıt şosesi, Xırdalan dairəsi istiqamətində;

6. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;

7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

8. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

9. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

10. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;

11. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

12. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

13. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

14. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Link kopyalandı!
Son xəbərlər