Azərbaycanda tanınmış şair vəfat etdi
Cəmiyyət
178
11:15, Bu gün

Azərbaycanda tanınmış şair vəfat etdi

Şair Musa Ələkbərli vəfat edib.

Moderator.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.

Qeyd edəki ki, Musa Ələkbərli 1950-ci ildə aprelin 25-də Gədəbəy rayonu, Ataxal kəndində anadan olub.

Orta məktəbi Böyük Qaramurad kəndində bitirib. ADU-nin filologiya fakültəsini bitirib. Gənclik nəşriyyatında yeniyetmələr üçün ədəbiyyat redaksiyasının redaktoru vəzifəsində işləyib.

Ədəbi fəaliyyətə orta məktəbdə oxuyarkən başlayıb. “Pərvanə ” ədəbi dərnəyinin rəhbəri olub. Bir neçə tərcümələr edib. “Məndən şer istə”, “Ürəyimin işığında”, “Bəlkə bir də görüşdük”, “Gözlərim yol çəkir”, “Aydanım ay işığı”, “Gözümdə ağlayan bulud” və s. kitabların müəllifi olub. Bir çox kitabların redaktoru olub, ön söz yazıb. “Şur” nəşriyyatının direktoru vəzifəsində çalışıb.“Yeni Sabah”

Link kopyalandı!
Son xəbərlər