Xəzər sahilində kütləvi quş cəsədləri aşkarlandı
Cəmiyyət
287
15:00, Bu gün

Xəzər sahilində kütləvi quş cəsədləri aşkarlandı

Xəzər dənizinin sahilində kütləvi tələf olmuş quş cəsədləri aşkarlanıb.

Moderator.az xəbər verir ki, bu kimi hallar əsasən gölətrafı, sahilyanı ərazilərdə müşahidə edilir.

Bəs, bu kütləvi tələfatın səbəbi nədir?

Mütəxəssislər Azərbaycan Televiziyasına (AzTV) bildirib ki, havaların kəskin soyuması quşların azalmasına təsir göstərir. Həmçinin, burada qida çatışmazlığı da rol oynayır.

Ən çox isə qağayıların ölməsi qeydə alınıb.

Link kopyalandı!
Son xəbərlər