16:53
4°C
Bakı
Tovuz Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavinlərindən biri vəzifəsindən azad olunub.
Moderator.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Məmməd Məmmədov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Niftalı Qasımov icra başçısının müavini vəzifəsindən azad edilib.
O, uzun illərdir icra başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışırdı. N.Qasımov bu vəzifəyə 2007-2018-ci illərdə Tovuzun icra başçısı işləmiş mərhum Tofiq Zeynalovun dövründə təyin olunmuşdu. Əvvəllər isə Tovuz rayon fövqəladə hallar komissiyasının sədri işləyib.
Fotoda solda icra başçısı Məmməd Məmmədov, sağda isə Niftalı Qasımov
