Bizi sosial şəbəkələrdən izləyin:
Alimentin birbaşa uşağa baxan qəyyuma ödənilməsi bəzi hallarda ayrlan tərəflər arasında narazılığa səbəb ola bilir. Ölkəmizdə boşanma faktı qeydə alındıqda müstəsna səbəb yoxdursa, uşaq anada qalır. Aliment isə uşağın xərclərini təmin etmək məqsədi ilə ödənilir.
Bəs məhməkə tərəfindən təyin edilən bu pul uşağın adına açılan bank hesabına köçürülə bilərmi?
Moderator.az xəbər verir ki, məsələ ilə bağlı Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin Baş Məsləhətçisi Tural Hüseynzadə bildirib ki, alimentin bank hesabına keçməsi qanunvericilikdə əksini tapıb. Lakin bu məsələ hər valideynə şamil olunmur:
"Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55-ci maddəsində aliment ödəyən valideynin tələbi ilə məhkəmə alimentin 50 faizini uşağın bank hesabına köçürə bilər".
Bəs bu hansı halda ola bilər?
"Bu hallarda vətəndaşın ödəməli olduğu alimentin 50 faizi uşağın ehtiyac meyarından aşağı olarsa, məhkəmə bunu təmin etməyəcək. Bu, adətən yüksək məbləğdə aliment ödəyən şəxslərə aid edilə bilər. Məqsəd uşağın minimum yaşayışı və gündəlik ehtiyaclarının tam təmin olunmasıdır". /milli.az/