Kamran Əliyev Şirvanda vətəndaşları qəbul edəcək
Cəmiyyət
237
10:12, Bu gün

Kamran Əliyev Şirvanda vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev cari il yanvarın 16-da, saat 10:00-da Şirvan şəhər prokurorluğunun inzibati binasında Şirvan şəhər, Hacıqabul, Salyan, Neftçala və Biləsuvar rayon sakinlərinin qəbulunu keçirəcək.
 
Bu barədə Moderator.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Şirvan şəhərinə gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.
 
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər