Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya olunublar
Cəmiyyət
1664
06 Jan 2026 | 14:32

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya olunublar

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsinin əməkdaşları Azərbaycan da daxil olmaqla altı ölkənin 13 vətəndaşını ölkədən deportasiya ediblər.
 
Moderator.az xəbər verir ki, bu barədə Gürcüstan DİN sosial şəbəkə hesabında məlumat yayıb.
 
Məlumata görə, nazirliyin müvafiq bölmələrinin həyata keçirdiyi kompleks tədbirlər nəticəsində Türkmənistan, İran, Kuba, Türkiyə, Tailand və Azərbaycan vətəndaşları ölkədən çıxarılıblar.
 
Xəbərdə bildirilir ki, ötən il Gürcüstandan 1 311 nəfər xarici vətəndaş deportasiya edilib.
 
Mövcud qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin yenidən ölkəyə girişinə qadağa qoyulub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər