17:51
6°C
Bakı
Cari ilin yanvar-oktyabr aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1357.5 manat təşkil edib.
Moderator.az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, paytaxt üzrə orta əməkhaqqı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 8.5 faiz artıb.
Ümumilikdə ölkə üzrə 2025-ci ilin yanvar-oktyabr aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrünə nisbətən 9.4 faiz artaraq 1086.3 manata çatıb.