Bakıda
Cəmiyyət
601
12:24, Bu gün

Bakıda "əlillik dərəcəsi" verən dələduz tutuldu

Bakıda dələduzluq edən şəxs saxlanılıb.

Moderator.az xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində dələduzluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş D.Məhərrəmova saxlanılıb. 

Onun bir nəfəri əlillik dərəcəsi almaqda kömək edəcəyi adı altında aldadaraq 3500 manatını dələduzluq yolu ilə ələ keçirdiyi məlum olub. 

Faktla bağlı araşdırma aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər